Mojo.az Banner
23:01 Ermənistan AES-in istismar müddətini uzadır  |     22:53 Qurban Qurbanov xanımı və qızı ilə - Video  |     22:47 Tibb işçilərinin maaşları artırılacaq? - VACİB AÇIQLAMA  |     22:40 Ən çox şikayət edilən sığorta şirkətləri - SİYAHI  |     22:35 Azərbaycanlılar şopinq üçün ən çox hansı ölkələrə üz tutub?  |     22:26 Banklardan kənarda olan nağd pul kütləsi 18 milyard manata çatıb  |     22:21 Novxanıda sürət qatarı qarşısına çıxan piyadanı vurub öldürdü  |     22:14 Türkiyə və Yunanıstan arasında əməkdaşlığa dair 7 sənəd imzalandı  |     22:08 Mənimsəmədə ittiham olunan şirkət direktorunun cinayət işinə xitam verildi  |     22:01 "Temu" bağlamaları gömrükdə ilişib qalanlara ŞAD XƏBƏR – Çarəsi tapıldı  |     21:57 Rusiyada "WhatsApp" tamamilə bloklandı  |     21:47 Gəncədə ana 40 günlük körpəsindən imtina etdi  |     21:36 Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhidin nəşi 34 il sonra tapıldı  |     20:58 Duman Bakı–Şamaxı–Yevlax yolunda hərəkəti ləngidir  |     20:56 Qadını sosial şəbəkə ilə hədələyən şəxs saxlanıldı  |     20:34 Külli miqdarda mənimsəmədə ittiham olunan şirkət rəhbərinin cinayət işinə xitam verildi  |     20:02 İlhamə Elşadqızı barəsində olan hökmdən şikayət etdi  |     19:35 İsrail və ABŞ İrana təzyiqi artırır  |     19:27 Unudulan xəstəliklər geri qayıdır - Peyvəndlər azaldı, ölümcül virus ortaya çıxdı  |     19:04 Azərbaycanda yeni telekanal fəaliyyətə başlayacaq  |    
Left Banner
Right Banner

Mehriban Əliyeva vətəndaşın problemini həll etdi - VİDEO

06.02.2020 18:42 1 975
Mehriban Əliyeva vətəndaşın problemini həll etdi - VİDEO
Göyçay sakini Seymur Azadovun mülkiyyət hüququ ilə bağlı problemi Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı əsasında nəzarətə götürülərək, müvafiq qaydada həll edilib.

Qafqazinfo xəbər verir ki, Seymur Azadov Göyçayın Cəyirli kəndində inşa etdiyi avtomobil təmiri emalatxanasının yerləşdiyi ərazi üzərində mülkiyyət hüququ üzrə mübahisəli məqamlar yarandığından Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib.

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, müraciət Fondun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən araşdırılıb, məsələnin həlli ilə bağlı aidiyyəti qurumlarla əməkdaşlıq nəticəsində qısa müddət ərzində vətəndaşın avtomobil təmiri emalatxanası üzərində hüquqları təmin olunub, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilib.

Seymur Azadov müraciətinə həssaslıqla yanaşıldığına və məsələnin operativ həllinə görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.


скачать dle 11.3
Mojo.az Banner