“Instagram”da narkotik satan şəxs tutuldu - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:26 Əməkdar artist vəfat etdi  |     12:08 11-ci sinif şagirdi faciəvi şəkildə öldü  |     12:08 Azərbaycanda biznesmenin ölümünə səbəb olan həkimə hökm oxundu  |     12:06 Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı  |     12:03 Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - DOSYE (FOTO)  |     12:00 Müdafiə Nazirliyində yüksək vəzifəyə TƏYİNAT  |     11:59 Hindistan yükləri Azərbaycan ərazisindən istifadə edərək daşıyacaq  |     11:58 Bakıda sahibsiz itlərin hücumuna məruz qalan yeniyetmənin vəziyyəti AÇIQLANDI  |     11:57 Sabah Şuşaya növbəti köç olacaq  |     11:56 Qarabağ Universitetinə qəbul planı təsdiqlənib  |     11:55 “Smart Customs” tətbiqində problem yaşanır - FOTO  |     11:53 Qubadlı sakinlərinə ŞAD XƏBƏR: İki kənddə tikinti işlərinə start verildi  |     11:49 Bakıda baş verən yol-nəqliyyat hadisəsi tıxaca səbəb olub  |     11:47 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     11:45 “Mançester Yunayted” fransalı hücumçu ilə yolları ayıracaq  |     11:45 Bakıda özünə bıçaqla xəsarət yetirən 37 yaşlı kişi ölüb  |     11:44 Azərbaycanda yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA  |     11:43 Sumqayıtda təlim maşını yanıb  |     11:42 Sabunçuda avtomobillər toqquşub, xəsarət alan var  |     11:41 Fransa Azərbaycan və Ermənistan arasında Almatıda keçirilən görüşü alqışlayıb  |    

“Instagram”da narkotik satan şəxs tutuldu - FOTO

Daxili İşlər Nazirliyinin “Instagram” sosial şəbəkəsindəki “polisazerbaycan” rəsmi səhifəsinə vətəndaşlardan biri müraciət edərək, həmin sosial şəbəkədəki “tt.elcan_” adlı profildə narkotik vasitələrin qəbulunun təbliğ edildiyi barədə məlumat verib.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, bu barədə xəbər aidiyyəti üzrə Baş Narkotiklərlə Mübarizə İdarəsinə göndərilib.

Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində “tt.elcan_” səhifəsinin Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində yaşayan Elcan Şahverdiyevə məxsus olduğu məlum olub.

O, qısa zamanda saxlanılaraq məsuliyyətə cəlb edilib. E.Şahverdiyev ifadəsində “Instagram” sosial şəbəkəsində narkotik vasitələrin qəbulunu təbliğ etdiyini etiraf edib.

Qeyd edək ki, E.Şahverdiyev artıq İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, məhkəmənin qərarı ilə 25 sutka müddətində inzibati qaydada həbs edilib.







скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 354 31.01.20 17:51