Elnarə Abdullayevadan sərt sözlər: İş görə bilməyən qızlar ərə getməsin! - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:38 Hindistanda reklam lövhəsinin uçması nəticəsində ölənlərin sayı artdı  |     12:38 Azərbaycan XİN İsraili təbrik etdi  |     12:35 UEFA qərar verdi: Futbolda yeni qaydalar tətbiq olunacaq  |     12:35 Azərbaycanda 58 min 500 nəfər işlə təmin edilib  |     12:34 Elşad Hacıyev: “Kibertalama riskləri artır, hər kəs diqqətli olmalıdır”  |     12:33 Dövlət Departamenti Azərbaycan və Ermənistanın tez bir zamanda sülh razılaşmasına nail olmasını dəstəkləyir  |     12:30 Bakıda sürücü ilə sərnişinlər arasında pandus mübahisəsi - RƏSMİ AÇIQLAMA (VİDEO)  |     12:25 Minimum əməkhaqqı nə qədər arta bilər? - AÇIQLAMA  |     12:24 Oğuzda 14 kəndin internet təminatı kəsildi - SƏBƏB  |     12:02 Çörəyin içərisindən taxta parçası ÇIXDI: Zavod CƏZALANDIRILDI - RƏSMİ  |     12:00 Göyçayda sel: Çay yatağı zibillə dolub-daşdı - VİDEO  |     11:59 Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK  |     11:57 Təhsil kreditləri alanların siyahısı genişləndirildi - YENİLİK  |     11:55 Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı QƏRAR  |     11:54 Maştağada əvvəllər məhkum olunmuş kişi özünü asdı  |     11:53 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     11:52 Yardımlıda saxlanılan şəxslərdən 14 kiloqram marixuana aşkarlanıb  |     11:50 Azərbaycan nefti ucuzlaşıb  |     11:49 Narkotik qəbul edib maşın sürdü, həbs olundu  |     11:48 Nərimanov rayonunda avtomobillər toqquşub, yaralanan var  |    

Elnarə Abdullayevadan sərt sözlər: İş görə bilməyən qızlar ərə getməsin! - VİDEO

Mən lovğa, yekəbaş danışan insanları sevmirəm. Kimsənsə, onu da göstər. Mənim başımı xarab eləmə.

Oxu.Az xəbər verir ki, bu sözləri Əməkdar artist Elnarə Abdullayeva “10-a qalsa” səhər şousunda gəlin-qaynana mövzusunda danışarkən deyib.

Sərt çıxışları ilə gündəmin episenterinə düşən sənətçi iş görə bilməyən gəlinləri tənqid edərək, ərə getmələrinə qarşı çıxıb:

“Mənə sənin evin, maşının lazım deyil. Göstərməsən də, sonda mən özüm sənin kim olduğunu gün üzünə çıxardacağam. Adam var qıza elçi gedir, deyir ki, qızım heç nə etmə, dur bura gəl. Gəlnimi işlətmə. Guya sən bu qızı aparıb evində işlətməyəcəksən ki? Bu nə söhbətdir axı? Əvvəlcədən elə demək doğru deyil. Qapıdan evə girəndə kim olduğunu qıza göstər. Xalqın övladını bədbəxt etmə.

Gedirsən camaatın evinə dolanırsan dolan, dolanmırsansa evini dağıtma. Söz götürə bilməyəcəksənsə, o evə getmə.

Atalarımız yaxşı deyib: “Əzabsız göz, sözsüz ev olmaz”. Normal azərbaycanlı ocağında, evində mütləq söz-söhbət olur. Mənim də evimdə söz-söhbət olur. Amma o söz-söhbəti götürüb, uda bilib, yola verəcəksənsə, onda qal, o evdə yaşa. Əgər evdə “belə edərəm, lap o yana da keçərəm” deyəcəksənsə, getmə. Otur atanın evində.

İndi də ortalığa təzə mövzu çıxıb, “Mənim qızım iş görə bilmir”. Əgər bir qız ki, iş görə bilmirsə, onu nəyə görə ərə verirsən? Şəxsən mən elçi getsəm və eyni sözü valideyinlərindən eşitsəm, söyləyərəm ki, nə zaman qızın iş görməyi bacarar, xəbər edərsən, gələrəm. Bir gəlin ki iş görə bilmir, öz qızını hara göndərirsən? Nə görəcək axı bu anası ölmuş? (gülür)

Qızına yaxşı biş-düşü, ev işləri görməyi öyrət. Bu sözlərim həm oğlan, həm də qız övladlarına aiddir. Əgər oğlunu və ya qızını evləndirirsənsə, xalqın uşağını bədbəxt eləmə. Məqsədin onu xoşbəxt etmək olmalıdır. Xoşbəxt edə bilməyəcəksənsə, gedib qapıları döymə”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 873 22.01.20 22:17