Mojo.az Banner
12:31 Sumqayıtda iki min abonentin qazı kəsiləcək  |     12:21 Vətəndaşlar sığorta hesabına dərmanları apteklərdən ala biləcəklər  |     12:13 İstanbulda əməliyyat: Polis əməkdaşı öldürüldü  |     11:51 Pirəkəşkül və Ağdərədə partlayışlar olacaq - Nazirlikdən XƏBƏRDARLIQ  |     11:46 Xınalıqdan qayıdan əcnəbi yolda köməksiz vəziyyətdə qaldı  |     11:38 Tərtərdə yaşlı qadının meyiti tapılıb  |     11:23 Milli Məclisdə Azərbaycan dili ilə bağlı konfrans keçirilir  |     11:17 Naxçıvanda uşaq oğrusu peyda olub? - RƏSMİ AÇIQLAMA  |     22:45 Tofiq Musayevə yüksək vəzifə verildi  |     22:03 Ermənistanda azərbaycandilli kanal bağlandı (Video)  |     21:42 Astarada anasını döyən oğul həbs olundu  |     21:35 Tulin Ələkbərova həbs edildi  |     21:11 Beyləqanda ağır qəza - 1 nəfər öldü, 2 nəfər yaralandı  |     20:57 Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?  |     20:47 Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? (VİDEO)  |     20:14 Bakıda təmir zamanı tarixi abidəyə zərər vuruldu, yağış suyu evlərə doldu  |     19:49 "Qarabağ" - "Ayaks" oyunu İTV-də yayımlanacaq  |     19:42 Gecəyarı evə girib qadını öpdü, süpürgə ilə döyüldü, elektron qolbaq taxıldı  |     18:22 Restoranlarda müştəriləri soymağın yeni üsulu: İstədikləri qədər haqq tələb edirlər  |     18:05 Tarixi qaranlıq yaxınlaşır: Dünya bunu 6 dəqiqə izləyə biləcək  |    
Left Banner
Right Banner

Azərbaycanda dəhşət: “Hamama kişi salmısan” deyərək qadını döydülər

21.01.2020 13:40 6 706
Azərbaycanda dəhşət: “Hamama kişi salmısan” deyərək qadını döydülər
Yanvarın 12-si Lənkəran şəhəri, Vidadi küçəsi, ev 315 ünvanında yaşayan 1986-cı il təvəllüdlü Quliyeva Gülnarın yaşadığı ünvana qonşusu basqın edib. Hadisə nəticəsində onu və oğlunu döyüblər.

Sonxeber.az xəbər verir ki, hadisə haqqında sayta danışan şikayətçi Gülnar xanım ayın 12-si, gecə saat 1 radələrində oğlunun yuyunmaq üçün hamama girdiyini və hadisənin elə bundan sonra yaşandığını bildirib:

“Oğlum yuyunmaq üçün hamama girdi. İsti su gəlmədi. Uşaq hamamdan suyun gəlmədiyinə görə səsləndi. Su qızdırıcı aşağıda, birinci mərtəbədə yerləşdiyi üçün mən həyətə düşüb qazın gəlib-gəlməməsini yoxlamaq istədim. Sonra qızımı çağırıb açarı götürməyini və qaz sayğacını açmaq üçün mənimlə birgə küçəyə çıxmasını xahiş etdim. Mən qapıya yaxınlaşanda işıq da söndü.

Telefon mağazasında işlədiyimə görə iş telefonu əlimdə idi. İşığı yandırıb qaz sayğacına yaxınlaşanda hasar qonşumu gördüm. Yəni Bəxtiyar və iki oğlu - Hafiz və Bəxtiyar küçədə idilər.

Elə bu vaxt onlar “hamama kişi salmısan” deyərək üzərimə hücum çəkdirlər”.

Şikayətçi bildirir ki, qonşuları ona hücum edəndə oğlu hamamdan sabunlu-sabunlu çıxaraq köməyə gəlib. Bu zaman ata və oğulları qadının oğlunun başından sıxaraq, əyib başına vurublar:

“Mənim də başıma, üzümə və dodağıma yumruqla vurdular. Bəxtiyarın həyat yoldaşı da kənardan izləyirdi. Həmin evdə kirayə qalıram, ev yiyəsi Rusiyada yaşayır. Hücum çəkilən zaman mən “WhatsApp” videozəngi ilə ev sahibini görüntülü yığdım. Həmin an Bəxtiyar zorla telefonu əlimdən alıb öz gödəkçəsində gizlətdi”.

Şikayətçi hadisənin qəsdən quraşdırılaraq törədildiyini bildirib.

Qadının dediyinə görə, qonşuları bəhanə ilə ona “səs gəlir, bizi narahat edir, hamama saldığın özgə kişidir” deyərək şər atıb. Zərərçəkmiş qadın hadisəni bəhanə kimi dəyərləndirib. Qadın, bəlkə də, qonşularının evin sahibi ilə və yaxud da hansısa münaqişə zəminində belə hərəkət etdiyini açıqlayıb:

“Qazı söndürdülər ki, mən küçəyə çıxım, məni döysünlər. Məni hətta evi yandırmaqla hədələdilər. Uşaqlarım səs-küy edən uşaqlar deyil. Hamısı bəhanələrdir”.

Polisə müraciət etdiyini deyən zərərçəkən qadın bir ay tamam olandan sonra işə baxacaqlarını bildirib. Zərərçəkən qadın əlindən alınan telefonda isə içərisində böyük məbləğdə sənədlərin olduğunu açıqlayıb.

скачать dle 11.3