"Namusumu sosial şəbəkələrdə müzakirə edənlər..." - ŞƏHİD PİLOTUN XANIMI SOYADINDAN İMTİNA ETDİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:48 Azərbaycan iqtisadiyyatı 4 % artıb  |     12:46 Türk konsulu qətlə yetirən ASALA terrorçusu İrəvanda saxlanılıb - VİDEO  |     12:38 Hindistanda reklam lövhəsinin uçması nəticəsində ölənlərin sayı artdı  |     12:38 Azərbaycan XİN İsraili təbrik etdi  |     12:35 UEFA qərar verdi: Futbolda yeni qaydalar tətbiq olunacaq  |     12:35 Azərbaycanda 58 min 500 nəfər işlə təmin edilib  |     12:34 Elşad Hacıyev: “Kibertalama riskləri artır, hər kəs diqqətli olmalıdır”  |     12:33 Dövlət Departamenti Azərbaycan və Ermənistanın tez bir zamanda sülh razılaşmasına nail olmasını dəstəkləyir  |     12:30 Bakıda sürücü ilə sərnişinlər arasında pandus mübahisəsi - RƏSMİ AÇIQLAMA (VİDEO)  |     12:25 Minimum əməkhaqqı nə qədər arta bilər? - AÇIQLAMA  |     12:24 Oğuzda 14 kəndin internet təminatı kəsildi - SƏBƏB  |     12:02 Çörəyin içərisindən taxta parçası ÇIXDI: Zavod CƏZALANDIRILDI - RƏSMİ  |     12:00 Göyçayda sel: Çay yatağı zibillə dolub-daşdı - VİDEO  |     11:59 Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK  |     11:57 Təhsil kreditləri alanların siyahısı genişləndirildi - YENİLİK  |     11:55 Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı QƏRAR  |     11:54 Maştağada əvvəllər məhkum olunmuş kişi özünü asdı  |     11:53 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     11:52 Yardımlıda saxlanılan şəxslərdən 14 kiloqram marixuana aşkarlanıb  |     11:50 Azərbaycan nefti ucuzlaşıb  |    

"Namusumu sosial şəbəkələrdə müzakirə edənlər..." - ŞƏHİD PİLOTUN XANIMI SOYADINDAN İMTİNA ETDİ

"Soyadımı dəyişdirdim, artıq atamın soyadını daşıyacam, təbrik edirəm sizləri, Təbrizin ölümündən sonra onun yoldaşını da "öldürməyi" bacardınız".

Median.Az
xəbər verir ki, bu sözləri "Yeni Sabah"a aprel şəhidi Təbriz Musazadənin həyat yoldaşı Pərişan Musazadə şəhidin anası Tovuz Əliyevanın onu ittiham etməsindən sonra deyib.

"Artıq Musazadə deyiləm. Oğlunuzun evi, maşını, torpağı kimi soyadını da istədiniz və aldınız. Hər kəs öz yoluna bundan sonra... Mən onun yadigarı balalarımla, siz də hər vəchlə almağa çalışdığınız malı və pulu ilə... Artıq məndə maddi olaraq heç bir şeyi qalmadığına görə yəqin bundan sonra sakitləşərsiniz, onun da ruhu sakit olar.

Pərişan Musazadə məlum çıxışlardan sonra atasının Əsədova soyadını daşıyacaq:

"Bəzən deyirlər ki, qadınlar niyə intihar edir, bax bu səbəblərdən... Bilib-bilmədən hər kəs ağzına gələni yazır, özlərindən, öz ailələrindən xəbəri olmayanlar məncə belə şeylər yazırlar. Normal düşüncəyə, ailəyə sahib insanlar belə şeylər heç vaxt etməzlər. Bir elə vacib problemlər qala-qala ayrı-ayrı fərdləri,onların şəxsi həyatlarını müzakirə mövzusu edirlər.

Mən onsuz da şəhid xanımı olduğum üçün heç bir imtiyaza sahib deyildim. Təbrizin anası və övladlarım atalarının pensiyasını alırlar, o da onların normal təhsil almasına, yaşamasına demək olar ki, güclə çatır. Fəaliyyətimi bundan sonra da davam etdirəcəm. Şəhidimin ruhunun rahat buraxılması üçün adımın Təbrizin adı ilə birgə tutulmasını istəmirəm. Soyadını da verdim özlərinə. Çünki öz soyadlarına hörmət etməyənlər mənim adımla onun ruhunu narahat edirlər. Bu günə qədər Təbrizin adından heç bir məsələdə istifadə etməmişəm, bundan sonra da etməyəcəm. Dünən canlı yayımda soyadından imtina etməyəcəyimi söyləsəm də çox düşündüm və qərara gəldim ki,ən yaxşısı budur".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 738 09.01.20 23:44