Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Ən ziyanlı xalq təbabəti vasitələri - Tanınmış həkimdən XƏBƏRDARLIQ

09.01.2020 21:08 3 962
Ən ziyanlı xalq təbabəti vasitələri - Tanınmış həkimdən XƏBƏRDARLIQ
Tanınmış rusiyalı həkim, "O samom qlavnom" verlişinin aparıcısı Aleksandr Myasnikov ən faydasız və ziyanlı xalq təbabəti vasitələri haqqında danışıb.

Həkim qeyd edib: "Əslində mən xalq təbabəti vasitələrinin əleydarı deyiləm. Xalq təbabəti əsrlərin təcrübəsidir".

Median.Az saglamolun.az-a istinadən bildirir ki, Myasnikovun sözlərinə görə, həqiqətən ziyansız və effektli xalq təbabəti vasitələri ilə yanaşı təhlükəli vasitələr də mövcuddur ki, onlardan uzaq durmaq lazımdır.

Bu vasitələrdən biri soğan və sarımsaq suyundan hazırlanmış "burun damcıları"dır. Bu vasitələrdən zökəm zamanı istifadə olunur. Lakin həkim qeyd edib ki, bu damcıların təsirindən burun axması daha da artacaq, həm də onlar burunun selikli qişasını yandırır. Həkim zökəm zamanı adi duzlu sudan istifadə etməyi tövsiyə edib.

Həkimin fikrinə görə, digər ziyanlı xalq təbabəti vasitəsi kələm şirəsidir. Xalq təbabətində kələm şirəsi bəzən mədə xorası və qastritin müalicəsində istifadə olunur. Lakin həkim xəbərdarlıq edir ki, bu 2 xəstəliyin səbəbi xelikobakter pilori bakteriyasıdır ki, bu bakteriyanı yalnız antibiotiklərin köməyi ilə müalicə etmək mümkündür. Həmçinin kələm şirəsi çətin həzm olunur və köpə səbəb olur.

Xalq təbabəti bağırsaq qurdları zamanı südlü-sarımsaqlı imalələrdən ("klizma") istifadə etməyi tövsiyə edir. Südə sarımsaq sıxılır və maye düz bağırsağa yeridilir. Həkimin sözlərinə görə, qurdlar tək yoğun bağırsaqda deyil, həzm sisteminin digər hissələrində də yaşayır ki, klizma bu hissələrə təsir etmir. Həmçinin belə klizmalar çox ciddi ishala səbəb ola bilər.

Son xəbərlər