Mojo.az Banner
23:26 "Spotify" xidmətinin işində qüsurlar yarandı  |     22:47 Rixard Raşi Azərbaycana gəldi  |     22:46 Vyanada "Avroviziya-2026" mahnı müsabiqəsi başlayır  |     22:39 Komendant bunları sizə qadağan EDƏ BİLMƏZ  |     22:32 Şuşa şəhərinə giriş və çıxış istiqamətləri dəyişdirilir  |     22:24 Hotellər ən çox gəliri nədən əldə edir?  |     22:19 Dünyanın ən bahalı gəmiləri: "Trump"lar nüvə enerjisi ilə təchiz ediləcək  |     22:10 Bərdədə təqaüd və işə düzəltmə dələduzluğu  |     22:05 Azər Əhmədov vəzifəsindən azad edildi  |     21:58 Ermənistan Rusiyanın notasına əhəmiyyət vermədi  |     21:53 İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq  |     21:45 Yelo Bankın kartlarına Avropa ölkələrində stop qoyuldu - SİYAHI  |     21:40 Salyanda dörd ay əvvəl itkin düşmüş kişinin meyiti tapıldı  |     21:33 BDU-nun əməkdaşı vəfat etdi  |     21:28 Bakıda bütün avtobuslar və taksilər metro ilə birləşdirilir? - AÇIQLAMA  |     21:20 Qubanın üç kəndinin adı dəyişdirilib  |     21:15 Eminemin ilk albomu rekord qiymətə satıldı  |     21:07 Azərbaycan iqtisadiyyatı böyüyüb  |     21:01 "Valideyn uşağından imtina edirsə, dövlət ona sahib çıxmalıdır" - Deputat  |     20:54 İşğaldan azad olunan ərazilərə ayrılan vəsait açıqlandı  |    
Left Banner
Right Banner

Gürcüstanın Azərbaycana yeddi milyon dollara yaxın borcu var

14.12.2019 15:28 4 339
Gürcüstanın Azərbaycana yeddi milyon dollara yaxın borcu var
Cari ilin dekabrın 1-nə olan məlumata görə, Gürcüstanın Azərbaycana olan borcu 6,8 milyon ABŞ dolları təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin aylıq hesabatında məlumat verilir.

Bildirilir ki, Gürcüstanın 5,39 milyard dollar məbləğində xarici dövlət borcu var. Bunun da 5,18 milyard dolları hökumətin payına düşür.

Gürcüstanın ən çox borcu olduğu ölkələrin siyahısında birinci yerdə 312,5 milyon dollarla Almaniya dayanır. Üçlükdə sonrakı yerləri Fransa (229 milyon dollar) və Yaponiya (213,9 milyon dollar) tutur.

Gürcüstanın, həmçinin, Türkiyəyə 13,2 milyon, Rusiyaya 53,7 milyon dollar həcmində borcu var.скачать dle 11.3
Mojo.az Banner