Bu yollarda hərəkət məhdudlaşdırılacaq - SİYAHI » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:10 Azərbaycanda 40 dəvə yükü ilə qızıl basdırılan yer (VİDEO)  |     21:01 Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb  |     20:52 Şolts və Zelenski Ukrayna ilə bağlı konfransı müzakirə ediblər  |     20:44 "Ordubad” qoruğunun mühafizə zonasının müəyyənləşdirilməsi istiqamətində işlər yekunlaşıb  |     20:36 Rusiyanın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırılıb  |     20:29 Türkiyənin vitse-prezidenti: Azərbaycanda icra olunan layihələrə bundan sonra da dəstək verməyə hazırıq  |     20:23 Süni intellekt və yeni inkişaf meyarları  |     20:14 "Sədərək" sahibinin oğlunun evindən külli miqdarda oğurluq edənin cəzası azaldılıb  |     20:09 Əfqanıstanda hərbçilərə hücum olub, 6 nəfər ölüb, 13 nəfər yaralanıb  |     20:00 Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq  |     19:53 Bu il “ƏDV geri al” layihəsi çərçivəsində 59 milyon manat qaytarılıb  |     19:47 Azərbaycanda dövlət qurumlarına məxsus yeni domenlərin sayı 2 dəfə azalıb  |     19:39 Baydenin İran üzrə xüsusi nümayəndəsini işdən çıxarmasının səbəbi araşdırılır  |     19:33 Azərbaycanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 11 % artıb  |     19:26 ABŞ kəşfiyyatının rəhbərinin İsrailə səfər edəcəyi gözlənilir  |     19:14 Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb  |     19:05 Braziliyalı futbolçu Adriano işgəncələrə məruz qalıbmış  |     19:04 25 minə yaxın şagird Azərbaycan dilindən imtahan verəcək  |     18:49 Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmen külli miqdarda pul mənimsəyib?  |     18:37 Nərimanovdakı bazarda bəzi məhsulların satışına məhdudiyyət qoyuldu  |    

Bu yollarda hərəkət məhdudlaşdırılacaq - SİYAHI

Dekabrın 12-də ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə bağlı keçiriləcək tədbirlərlə əlaqədar olaraq Bakıda bəzi yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Oxu.Az-a bildirib ki, ümummilli lider Heydər Əliyevin anım mərasiminə qatılacaq vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə dekabrın 12-də səhər saat 08:00-dan tədbir tam başa çatanadək Fəxri Xiyaban istiqamətində Parlament prospekti boyu bütün nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq:

“Belə ki, ziyarət başa çatanadək Mikayıl Müşfiq küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsində, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsində, Mehdi Hüseyn küçəsi 1, yəni Teleteatrın binasının yanından, eyni zamanda, Milli Məclisin arxasından, Parlament prospekti istiqamətində, yəni Abbasqulu Abbaszadə, İzzət Nəbiyev və Milli Qəhrəman Şövqiyar Abdullayev adına küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılaraq hərəkət istiqaməti dəyişdiriləcək”.

“Sürücülərdən və avtomobil sahiblərindən xahiş olunur ki, bu istiqamətdə şəxsi avtomobillərindən mümkün qədər az istifadə etsinlər. Həmçinin, mənzil başına çatmaq üçün alternativ yollardan istifadə etmək tövsiyə olunur.

Ulu Öndərin məzarını ziyarətə gələnlərdən də, ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələri tövsiyə olunur”, - deyə V.Əsədov qeyd edib.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 465 11.12.19 17:00