Mojo.az Banner
23:02 Sabah bu ərazilərdə işıq olmayacaq  |     22:57 Taksilərlə bağlı yeni qayda - Qiymətlər artacaq?  |     22:50 Pezeşkian: "Dövlət öz səhvlərini qəbul etməlidir"  |     22:49 "Qarabağ" - "Ayntraxt" oyununda ilk hissə yekunlaşdı  |     22:41 Qrenlandiyada nazir sakinlərə narahatedici çağırışla müraciət etdi  |     22:35 Şəkidə yol qəzaları oldu - Xəsarət alanlar var  |     22:29 Hava şəraiti ilə əlaqədar məktəblərdə dərslərə fasilə verilib? - RƏSMİ  |     22:06 Bakıda 40 yaşlı qadın qətlə yetirildi  |     21:59 "Qarabağ" "Ayntraxt Frankfurt"a qarşı: Oyunda hesab açıldı - Video  |     21:52 Avropada böyük narkotik şəbəkəsi çökdürüldü  |     21:44 “Qarabağ” və “Ayntraxt”ın start heyətləri açıqlandı  |     21:40 Azərbaycanda bir gün ərzində qarlı hava 400 min manatlıq sığorta zərərinə səbəb olub  |     21:36 Bakıda iki küçənin kəsişməsindəki problem həll edildi? - Video  |     21:34 Ötən il Azərbaycanda doğulan əkizlərin sayı açıqlandı  |     21:28 Yeni icra başçısı müavinini işdən çıxardı  |     21:16 Uyğunsuz videosu yayılan müəllim işdən çıxarıldı  |     21:10 Haldun Dormen vəfat etdi  |     21:02 Zəbt edilən örüş torpaqları, YOX OLAN "KUPÇA": KÜRDƏMİR AQRO ARAŞDIRMA  |     20:53 Sabah 10:00-da qaz kəsiləcək - bu ərazilərdə  |     20:43 Ekspres qatarları Bakıxanov və Sabunçuda da dayanacaqlar  |    
Left Banner
Right Banner

Bakıda müəllim dərsdə dırnaqlarını manikür edir? - FOTO

05.12.2019 16:57 3 289
Bakıda müəllim dərsdə dırnaqlarını manikür edir? - FOTO
Suraxanı rayonunda yerləşən 290 saylı orta məktəbin ibtidai sinif müəllimi Rubiyə Hüseynova sinif otağında dərs zamanı dırnaqlarına manikür edir. Müəllim bunun üçün məktəbə xüsusi aparat da gətirir və dərs vaxtı dırnaqlarını düzəltməklə məşğul olur.

Bu barədə Axar.az-a sözügedən məktəbdə təhsil alan şagirdlərin valideynləri məlumat veriblər.

Şikayətçilər bildirir ki, R.Hüseynovanın özbaşınalığı bununla yekunlaşmır. Müəllimə dərsdə uşaqlarla olduqca kobud rəftar edir, hətta azyaşlı uşaqlara qarşı söyüş də söyür.

Müəllimin bu kimi davranışlarından narazı olan valideynlər məktəbin direktoruna da bununla bağlı məlumat verib və bir tədbir görülməsini istəyiblər. Lakin valideynlərin şikayəti heç bir nəticə verməyib. Bunun əksinə olaraq, müəllimə valideynlərlə də kobud rəftar etməyə başlayıb. Çıxılmaz vəziyyətdə qalan valideynlər media vasitəsilə aidiyyəti qurumlara araşdırma aparması üçün səsləniblər.

Mövzu ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə ünvanlanan sorğuya isə məktəbin cavabı göndərilib. Yəni Bakı Təhsil İdarəsi sorğunu məktəbə istiqamətləndirib, məktəbin cavabında isə, təbii ki, şikayətdə əksini tapan ittihamlar qəti şəkildə təkzib edilib:

“Rubiyə Hüseynova 1994-cü ildən S.Abdullayev adına 290 nömrəli məktəbdə ibtidai sinif müəllimi işləyir. İşlədiyi illər ərzində valideynlərdən müəllim haqqında heç bir narazılıq daxil olmayıb. Qeyd etdiyiniz valideynləri narahat edən hər hansı bir məsələ varsa, məktəb rəhbərliyinə müraciəti əsasında aydınlıq gətirilə bilər”.


скачать dle 11.3