Bəxtiyar Abbasovdan öz ad gününə qələbə hədiyyəsi - FOTO/VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:47 Şəxs hansı halda orqanını başqasına verə bilər? - ARAŞDIRMA (VİDEO)  |     11:43 Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə öldü  |     11:41 Bakıda 21 yaşlı model faciəli şəkildə öldü - FOTO  |     11:33 Ermənistan və Azərbaycan XİN rəhbərlərinin Qazaxıstanda görüşü baş tuta bilər  |     11:18 Ukraynada sabiq nazir həbs edilib  |     22:49 Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb  |     22:34 Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb  |     22:27 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən oğurluq etdi  |     22:19 FHN "işə düzəldən" şəxsə cəza verildi  |     22:13 Bakıda yeni “mall” bu tarixdə açılacaq (FOTO)  |     21:56 Dostları Əməkdar artistə 111 000 AZN borcludur (VİDEO)  |     21:50 AP çirkli pullara qarşı mübarizədə 10 min avroluq nağd ödəniş limitini təsdiqlədi  |     21:41 Cəlilabadda yol qəzası olub, iki nəfər yaralanıb  |     21:30 Göyçayda inzibati xətalara yol verən 88 nəfər cəzalandırılıb  |     21:19 Ankarada fabrik yanır  |     21:12 "Real"ın qapıçısı zədəsini sağaldıb  |     21:04 DİM: İmtahanlarda bölgələr üzrə ən yüksək nəticəni Sumqayıt, Naxçıvan və Qubadlı rayon məktəbliləri qazanıb  |     20:58 “Azərkosmos” iqlim dəyişmələrinin təsirlərini izləmək üçün platforma qurub  |     20:47 "Qəbələ"nin futbolçusu əməliyyat olunub  |     20:40 Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək  |    

Bəxtiyar Abbasovdan öz ad gününə qələbə hədiyyəsi - FOTO/VİDEO

Azərbaycanın MMA döyüşçüsü Bəxtiyar Abbasov növbəti qələbəsini qazanıb.

Bu gün 34 yaşını qeyd edən idmançımız “UAE Warriors 9” turniri çərçivəsində uğur əldə etməklə özü-özünə ad günü təbriki edib.

Belə ki, o, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təşkil olunan nüfuzlu yarışda Belarus təmsilçisi İqor Litoşiklə üz-üzə gəlib.

Orta çəki dərəcəsində çıxış edən Bəxtiyar döyüşü qələbə ilə başa vurub və xal hesabı ilə qalib elan edilib. Yeri gəlmişkən, bu görüşü izləyənlər arasında məşhur MMA döyüşçüsü Həbib Nurməhəmmədov da olub. Bəxtiyar qələbəsindən sonra çıxış nitqi üçün söz alarkən dağıstanlı idmançını rus dilində salamlayıb.

“Mubadala Arena”dakı döyüş Bəxtiyar Abbasovun peşəkar karyerasında keçirdiyi 23-cü qarşılaşma olub. O, özünün ümumilikdə 18-ci, ardıcıl dördüncü qələbəsini bayram edib. Maraqlıdır ki, onun rəqibi İqor Litaşik də 23-cü görüşünü keçirib. O, doqquzuncu məğlubiyyətini alıb.






скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 613 30.11.19 15:38