Federasiya Şurasının sədri Rusiya ilə Azərbaycan arasında olan ticarət dövriyyəsinin həcmini açıqlayıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:27 Rusiya hərbçiləri Ermənistanın Azərbaycanla şərti sərhədindəki dislokasiya məntəqələrini tərk edirlər  |     17:09 “Instagram”da tanış olduğu qadın kişi çıxdı - 150 minlik cinayətin DETALLARI  |     16:58 Yaxın günlərdə Xocalı şəhərinə 50 ailə köçürüləcək - RƏSMİ  |     16:37 Mariya Stadnikə ağır itki  |     16:23 Sumqayıtda 10 aylıq körpə boğularaq ölüb  |     16:10 Mərkəzi Bankda YENİ TƏYİNAT  |     15:38 "Nərmin işi": İlkin Süleymanovdan xəbər var  |     15:35 İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi  |     15:27 Nazirin şirkəti keçmiş rəisi məhkəməyə verdi  |     15:11 Sankt-Peterburqda çaya düşən avtobusla bağlı daha bir nəfər saxlanılıb  |     14:48 Bəzi qadınların maaşı artırıla bilər  |     14:46 Bəzi məhsulların qiyməti artıb - SİYAHI  |     14:45 40 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var  |     14:44 Xocalı Rayon Məhkəməsinə sədr təyin edildi  |     13:21 Külli miqdarda aksiz markasız siqaret aşkarlanıb  |     13:09 Ermənistan XİN rəhbəri: “Almatıda Azərbaycanla danışıqlar konstruktiv şəraitdə keçdi”  |     12:59 Meteohəssas insanların NƏZƏRİNƏ: Geomaqnit qasırğası gözlənilir  |     12:44 ATƏT sədri Bakıya gələcək  |     12:26 Əməkdar artist vəfat etdi  |     12:08 11-ci sinif şagirdi faciəvi şəkildə öldü  |    

Federasiya Şurasının sədri Rusiya ilə Azərbaycan arasında olan ticarət dövriyyəsinin həcmini açıqlayıb

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmini açıqlayıb.

TASS xəbər verir ki, o, iki ölkə arasında olan qarşılıqlı iqtisadi əməkdaşlıq xarakterli münasibətlərə toxunaraq qeyd edib ki, ötən illərlə müqayisədə ikitərəfli ticarət dövriyyəsi 14 faiz artaraq 2.5 milyard dollar olub.

“Son illər Rusiya ilə Azərbaycan arasında olan iqtisadi-ticari əlaqələrin dərinləşməsi üçün böyük işlər görülüb. Və biz bunun praktiki nəticələrini görürük. Rusiya Azərbaycanın qeyri-neft sektoruna aid mallarının idxal və ixracı üzrə əsas tərəfdaşıdır”, - deyə Matviyenko Moskvada keçirilən X Rusiya-Azərbaycan forumunda çıxışında deyib.

Nəqliyyat sektorunda olan münasibətlərə də toxunan V.Matviyenko “Şimal-Cənub” dəhlizinin formalaşması çərçivəsində də intensiv fəaliyyətin davam etdirilməli olduğun xatırladıb.

O, bu dəhlizin Avrasiyanın ən vacib nəqliyyat arteriyasına çevriləcəyinə və Cənubi Asiyadan Avropaya Rusiya və Azərbaycan üzərindən yüklərin əhəmiyyətli dərəcədə daşınmasının sürətlənəcəyinə inandığını bildirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 292 23.11.19 15:34