Rusiyada faşistlərlə əlbir olan Njdenin abidəsi təhqir edildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:28 Mahsun Kırmızıgül Bakıdadır  |     18:10 Bakıda itkin düşmüş şəxsin öldürüldüyü məlum olub, şübhəli saxlanılıb - YENİLƏNİB  |     17:49 Salam Sarvan yenidən xəstəxanaya yerləşdirilib: Əməliyyat olunacaq  |     17:36 Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı QƏRAR VERDİ  |     17:15 Keşiş Baqrat - erməni müxalifətinin fiaskosunun simvolu - VİDEO  |     16:59 Azərbaycanda akademiyanın adı dəyişdirilir  |     16:47 Nikol Paşinyan: “Azərbaycanla sülh sazişinin imzalanmasının vaxtı çatıb”  |     16:27 Bakıda sürət yarışı keçirən sürücülər cəzalandırıldılar  |     16:14 Şəkil paylaşdığı üçün 11 il həbs cəzası aldı  |     16:11 Aytən Səfərova qəzadan sonra ilk dəfə danışdı: “Günahım yoxdur” - VİDEO  |     16:09 Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA  |     15:50 Rəşad Dağlı əfv olunacaq? - Vəkildən AÇIQLAMA  |     15:46 Çin Xalq Siyasi Məşvərət Şurasının nümayəndə heyəti ulu öndərin məzarını ziyarət edib  |     15:27 Türkmənistan qazının Azərbaycan vasitəsilə Türkiyəyə tədarükü ilə bağlı razılıq əldə olunub  |     15:25 "TikTok" axtarış funksiyası üçün süni intellekti sınaqdan keçirir  |     15:24 Naxçıvanda yağış suları sinif otaqlarına doldu - VİDEO  |     15:23 Balakəndə qanunsuz tikili sökülüb - VİDEO  |     15:01 Ermənistan və İran Araz çayı üzərində ikinci körpünü tikməyə hazırlaşır  |     15:00 Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşəcəklər  |     14:59 Bloqer və influenserlərə XƏBƏRDARLIQ: Cərimə olunacaqlar  |    

Rusiyada faşistlərlə əlbir olan Njdenin abidəsi təhqir edildi

Rusiyanın Armavir şəhərində faşistlərlə əlbir olan erməni mənşəli Qaregin Ter-Arutyunyanın (Njde) xatirə lövhəsi təhqir edilib.

Məlumata görə, “erməni-rus cəmiyyəti” üzvləri lövhəni sökəcəklərini vəd etsələr də, sözlərinə sadiq qalmayıblar.

Noyabrın 11-də sökmə ilə bağlı verilmiş iki həftəlik müddət bitib.

Buna etiraz olaraq, Armavir şəhər Dumasının deputatı Aleksey Vinoqradov lövhəni qara boya ilə rəngləyib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Aşqabadda keçirilən MDB liderlərinin sammitindəki çıxışı zamanı Ermənistanın faşistləri qəhrəmanlaşdırdığını və əvvəlki hökumət tərəfindən Yerevanın mərkəzində faşistlərlə əlbir olan Qaregin Ter-Arutyunyana abidə qoyulduğunu bildirib.

Prezident Rusiya Xarici İşlər Nazirliyinin may ayında çıxan “Nasizmin qəhrəmanlaşdırılması ilə bağlı vəziyyət” adlı hesabatından da sitat gətirib:

“Xüsusilə bu hesabatda deyilir ki, Ermənistanın keçmiş hakim Respublika Partiyası Qaregin Njde kimi millətçi siyasətçinin xatirəsini əbədiləşdirmək üçün addım atdı. Burada Üçüncü Reyxlə əməkdaşlıq haqqında məlumat var. Bu, Rusiya Xarici İşlər Nazirliyinin mövqeyidir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 878 13.11.19 13:00