Bu yolda "təcili yardım" maşınında xəstə ölür - 4 rayonu birləşdirən bərbad yol - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:42 Dünyanın ən zəngin şəhəri hansıdır?  |     22:32 AFFA “Kəpəz”i 8500 manat cərimələdi  |     22:24 Özünü qazi kimi təqdim edən dələduz saxlanıldı  |     22:20 Şaurma və dönərdən zəhərlənmənin əlamətləri – Nə etməli?  |     22:13 Yasamalda mənzildən meyit tapıldı  |     21:58 İsrail daha 11 fələstinlini saxladı  |     21:50 Britaniya Rusiyanın hərbi attaşesini qovur, diplomatik binalarının statusunu ləğv edir  |     21:37 Məmurun kabinetindən noutbukunu oğurlayan şəxsə hökm oxundu  |     21:29 "Bolt" Azərbaycanda bu xidməti dayandırdı (FOTO)  |     21:24 Malayziya "oranqutan diplomatiyası"na başlayır  |     21:18 Azərbaycanda bağlanan şərab zavodu açılır?  |     21:10 Azərbaycanda 40 dəvə yükü ilə qızıl basdırılan yer (VİDEO)  |     21:01 Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb  |     20:52 Şolts və Zelenski Ukrayna ilə bağlı konfransı müzakirə ediblər  |     20:44 "Ordubad” qoruğunun mühafizə zonasının müəyyənləşdirilməsi istiqamətində işlər yekunlaşıb  |     20:36 Rusiyanın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırılıb  |     20:29 Türkiyənin vitse-prezidenti: Azərbaycanda icra olunan layihələrə bundan sonra da dəstək verməyə hazırıq  |     20:23 Süni intellekt və yeni inkişaf meyarları  |     20:14 "Sədərək" sahibinin oğlunun evindən külli miqdarda oğurluq edənin cəzası azaldılıb  |     20:09 Əfqanıstanda hərbçilərə hücum olub, 6 nəfər ölüb, 13 nəfər yaralanıb  |    

Bu yolda "təcili yardım" maşınında xəstə ölür - 4 rayonu birləşdirən bərbad yol - VİDEO

Kürdəmir, Ağdam, Zərdab və Ağcabədi rayonlarını birləşdirən Kürdəmir-Zərdab avtomobil yolu keçilməz hala düşüb. Bu da mütəmadi olaraq həmin yoldan istifadə edən sakinləri narahat edir.

Median.Az "Report"a istinadla xəbər verir ki, vaxtilə keçmiş Nəqliyyat Nazirliyinin balansında olan bu yol 3 il bundan əvvəl nazirlik tərəfindən əsaslı təmir olunub:

"Tələm-tələsik təmirdən çıxan yol nişansız, işarəsiz istifadəyə verildi. Üstündən bir neçə ay keçməmiş yolda nə təmirdən, nə də asfaltdan əsər-əlamət qalmadı. Yol tamamilə sıradan çıxaraq əvvəlki yararsız vəziyyətini aldı.

Bu yolun bərbad vəziyyətdə olması səbəbi ilə ötən il "təcili yardım" avtomobilə ilə Zərdab Rayon Mərkəzi Xəstəxanasından (RMX) Kürdəmir RMX-ə gətirilən xəstə yolda ölüb. Bundan başqa burada tez-tez yol-nəqliyyat hadisələri baş verir".

Qeyd edək ki, yolun uzunluğu 60 kilometr, eni isə 6 metrdir.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 692 12.11.19 18:49