Həbib dostu Ronalduya dəstək üçün stadiona gəldi, “Lokomotiv” azarkeşləri onu fitə basdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:26 Əməkdar artist vəfat etdi  |     12:08 11-ci sinif şagirdi faciəvi şəkildə öldü  |     12:08 Azərbaycanda biznesmenin ölümünə səbəb olan həkimə hökm oxundu  |     12:06 Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı  |     12:03 Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - DOSYE (FOTO)  |     12:00 Müdafiə Nazirliyində yüksək vəzifəyə TƏYİNAT  |     11:59 Hindistan yükləri Azərbaycan ərazisindən istifadə edərək daşıyacaq  |     11:58 Bakıda sahibsiz itlərin hücumuna məruz qalan yeniyetmənin vəziyyəti AÇIQLANDI  |     11:57 Sabah Şuşaya növbəti köç olacaq  |     11:56 Qarabağ Universitetinə qəbul planı təsdiqlənib  |     11:55 “Smart Customs” tətbiqində problem yaşanır - FOTO  |     11:53 Qubadlı sakinlərinə ŞAD XƏBƏR: İki kənddə tikinti işlərinə start verildi  |     11:49 Bakıda baş verən yol-nəqliyyat hadisəsi tıxaca səbəb olub  |     11:47 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     11:45 “Mançester Yunayted” fransalı hücumçu ilə yolları ayıracaq  |     11:45 Bakıda özünə bıçaqla xəsarət yetirən 37 yaşlı kişi ölüb  |     11:44 Azərbaycanda yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA  |     11:43 Sumqayıtda təlim maşını yanıb  |     11:42 Sabunçuda avtomobillər toqquşub, xəsarət alan var  |     11:41 Fransa Azərbaycan və Ermənistan arasında Almatıda keçirilən görüşü alqışlayıb  |    

Həbib dostu Ronalduya dəstək üçün stadiona gəldi, “Lokomotiv” azarkeşləri onu fitə basdı

Moskvada baş tutan “Lokomotiv” və “Yuventus” arasındakı matçı UFC çempionu Həbib Nurməhəmmədov da izləyib. Stadionun diktoru fəxri qonağı salamlasa da, “Lokomotiv” azarkeşləri bu salamlamanı fitlə cavablayıblar.

Buna səbəb isə Həbibin “Yuventus”un ulduz futbolçusu Ronaldunun dostu olması və stadionda ona azarkeşlik etməsi olub.

Oyundan sonra Nurməhəmmədov “Yuventus”un çətinliklə qələbə qazandığı matçla bağlı qısa şərh də edib:

“Oyun əla idi. Mənim xoşuma gəldi. Ronaldunun üç qol vəziyyəti oldu, amma vura bilmədi... Allaha şükür ki, vurmadı. “Lokomotiv” məndə xoş təəssürat yaratdı. Düznü deyim ki, bilmirdim, onlar belə yaxşı oynayırlar”.

Qeyd edək ki, Ronaldu və Nurməhəmmədov bir neçə ildir dostluq edirlər. Həbib Madridə “Real”ın oyununu izləməyə gedib və portuqaliyalı ulduza papaq hədiyyə edib. Öz növbəsində futbolçu da Həbibə öz formasını və top bağışlayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 592 07.11.19 11:37