Mojo.az Banner
16:22 Dişləri nə vaxt fırçalamaq məsləhət görülmür?  |     16:21 "Zara" və "Bershka" brendlərinin şəbəkəsinə kiberhücum: Müştəri məlumatları təhlükədədir?  |     16:01 Avtomobil bazarında QITLIQ YARANIB? - Böyük azalma MÜŞAHİDƏ EDİLİR (Video)  |     15:47 Türkiyədə məktəbə silahlı hücum edən şagirdin son sözləri məlum oldu  |     15:44 Bakıda məşhur prospektdəki obyektlərə niyə qara rənglə işarə qoyulub? - Müəmmalı HADİSƏ (Video)  |     15:39 Binəqədidə dəhşətli hadisə: Kişi keçmiş arvadını öldürüb, evə od vurdu - ADLAR - VİDEO (Yenilənib)  |     15:33 Güclü küləklə bağlı sarı və narıncı XƏBƏRDARLIQ  |     15:11 Bakıdan Qusara gedib iftar verdi, məscidin qarşısında keçmiş QAYINATASINI BIÇAQLADI  |     15:05 Xalq artistinin qardaşı qızının MEYİTİ TAPILDI - Video  |     14:35 Sumqayıtda toyda ölüm hadisəsi baş verib  |     13:25 Hərbi Hava Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ  |     13:15 Ermənistan Konstitusiya layihəsini təxirə salır?  |     13:05 Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin görüşü oldu - YENİLƏNİB  |     13:02 Aleksey Overçuk: "Yeni Rusiya-Azərbaycan universiteti yaradıla bilər"  |     12:46 Sabiq idarə rəisi vəfat etdi - FOTO  |     12:37 Bakıda 10-dan çox ağac kəsildi - Araşdırma başladı (Video)  |     12:30 Ali Məhkəmədən XƏBƏRDARLIQ: Alqı-satqı müqaviləsi ilə borc təminatı təhlükəlidir  |     12:08 "Space" telekanalı BAĞLANIR?  |     11:41 Avropa çempionatının ikinci günü: Hidayət Heydərov tatamiyə çıxır  |     11:37 Sabirabadda qəza: Ölən var  |    
Left Banner
Right Banner

Azərbaycanda satışda olan yubiley və xatirə pul nişanları - SİYAHI

06.11.2019 13:13 3 237
Azərbaycanda satışda olan yubiley və xatirə pul nişanları - SİYAHI
Azərbaycan Mərkəzi Bankı mütəmadi olaraq ölkəmizin tarixinə, mədəniyyətinə, elminə, incəsənətinə, eləcə də, idman, görkəmli şəxsiyyətlər, əlamətdar hadisələrə, mövzulara həsr olunmuş yubiley və xatirə pul nişanları tədavülə buraxır.

Tədavülə buraxılmış bütün yubiley və xatirə pul nişanları Azərbaycan ərazisində nominal dəyəri ilə qanuni ödəniş vasitəsidir.

Hazırda satışda olan yubiley və xatirə pul nişanlarının sayı 18-dir.



Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş pul nişanının metalı qızıldandır. Çəkisi bir unsiyadır. Qiyməti isə 2869.77 manatdır.

Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasının 20 illiyinə, Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyinə, Əsrin müqaviləsinin imzalanmasının 20 illiyinə həsr olunmuş, qızıldan hazırlanan pul nişanlarının çəkisi və qiyməti də eynidir (2869.77 manat).


Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş pul nişanı qızıldandır, çəkisi 3/4 unsiyadır. Qiyməti isə 2229.82 manat təşkil edir.

Cümhuriyyətin 100 illiyinə həsr olunmuş digər pul nişanı da qızıldandır, çəkisi 1/2 unsiya, qiyməti isə 1589.88 manatdır.


Azərbaycanda Mərkəzi Bankçılığın yaradılmasının 100 illiyinə həsr olunmuş pul nişanı isə gümüşdən hazırlanıb. Çəkisi 1 unsiya olan pul nişanının dəyəri 170.66 manatdır.

Bakı Dövlət Universitetinin yaradılmasının 100 illiyinə həsr olunmuş pul nişanı da gümüşdəndir.



Qiyməti və çəkisi Bakı Dövlət Universitetinin yaradılmasının 100 illiyinə həsr olunmuş pul nişanı ilə eynilik təşkil edir.

Yubiley və xatirə pul nişanlarını əldə etmək istəyən vətəndaşlar Mərkəzi Bankın Elektron Xidmətlər portalında “Elektron müraciətlər Sistemi”nə daxil olaraq (link: https://contact.e-cbar.az/) sifariş edə bilərlər.

Həmin pul nişanlarının satış qiyməti onların Mərkəzi Bankdan satın alındığı günə qiymətli metalların dünya bazarındakı qiymətindən asılı olaraq dəyişə bilər.

Digər yubiley və xatirə pul nişanlarının qiymətləri isə aşağıdakı cədvəldə göstərilib.


/oxu.az/скачать dle 11.3
Mojo.az Banner