Mojo.az Banner
15:25 Yeni virus Azərbaycana da gələ bilər – Həkimdən xəbərdarlıq  |     15:20 Qalmaqallı şirkətin əməkdaşı külli miqdarda narkotiklə tutulub  |     15:17 Bu tərəvəzin ixracı artdı: Qiymətlər bahalaşacaq  |     15:00 Ermənistanda saxlanılan Azərbaycan əsgəri ilə bağlı ikinci cinayət işi açıldı  |     14:56 “Müəllim belə addım atmamalıdır” – Deputatdan AÇIQLAMA  |     14:48 Azərbaycanda dövlət sərhəddini pozan 20 nəfər saxlanıldı  |     14:45 Rusiyada Azərbaycandan gətirilən qida məhsulları müsadirə olunaraq məhv edilib  |     14:43 Azərbaycan - Litva oyununun hakimləri açıqlandı  |     14:42 Bakıda qarajdan meyit tapıldı  |     14:41 Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar  |     14:23 Sabirabadda oğul anasını amansızlıqla döydü  |     13:09 Azərbaycan Mərkəzi Bankına yeni baş direktor təyin edilib  |     13:08 30 il sonra azad olmaq istəyir - Əvvəl ölüm cəzası, sonra ömürlük almışdı  |     13:02 Şəmkirdə məktəbdə nöqsanlar aşkarlanıb, direktor işdən çıxarılıb  |     12:35 Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı  |     12:29 Gürcüstanda 13 yaşlı Azərbaycan vətəndaşı əkiz uşaq doğdu: Araşdırma başladı  |     12:26 Cüdo üzrə Azərbaycan millisinə ukraynalı idmançı cəlb olunub  |     12:20 Kiyevdə dron hücumu nəticəsində həlak olan azərbaycanlı dəfn edilib  |     12:11 Ər onunla toya getmək istəməyən arvadını döydü - Tərtərdəki hadisənin təfərrüatı  |     11:55 Tanınmış rəqqas arvadına uşağının yanında zorakılıq etdi - Video  |    
Mojo.az Avto
Mojo.az Avto

AQTA "Azəridad" kolbasa sexində nöqsanlar aşkarladı

14.07.2026 22:22 309
AQTA
Mediada “Azəridad” əmtəə nişanlı toyuq kolbasasında toyuq tükünün aşkar olunması ilə bağlı yayılan məlumat əsasında AQTA tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Vüqar Ramiz oğluna məxsus kolbasa və sosiska məhsullarının istehsalı müəssisəsində plandankənar yoxlama keçirilib.

Yoxlama zamanı toyuq dərilərinin tükdən təmizlənmədən xammal kimi istifadə edildiyi, istifadə olunan bəzi xammalların müşayiətedici sənədlərinin olmadığı, məhsulların etiketlənməsi ilə bağlı tələblərin pozulduğu və istehlakçılara düzgün məlumat verilmədiyi müəyyən edilib. Həmçinin müəssisədə izlənmə sisteminin düzgün aparılmadığı, məhsulların saxlanması və istehsal prosesində qida təhlükəsizliyi tələblərinin pozulduğu aşkarlanıb.

Aşkar edilmiş uyğunsuzluqlarla bağlı müəssisə rəhbərliyi barəsində inzibati tədbirlər görülüb, məhsullardan laborator müayinələr üçün nümunələr götürülüb, nöqsanlar aradan qaldırılanadək müəssisədə istehsalın dayandırılması və məhsul partiyasının satış şəbəklərindən geri çağırılması barədə qərar qəbul edilib.скачать dle 11.3
Mojo.az Banner