Mojo.az Banner
23:01 "WhatsApp"ın yeni funksiyası məxfiliyə risk yarada bilər - İstifadəçilərə xəbərdarlıq  |     22:56 Sabiq icra başçısının həbs müddəti uzadıldı  |     22:49 Azərbaycanda ən çox və ən az maaş olan sahələr (SİYAHI)  |     22:43 Bu ölkədə 843 dildə danışılır: Niyə bu qədər çox dil sağ qalıb?  |     22:35 "Çoban" ləqəbli müğənni Türkiyədə Azərbaycanı təmsil etdi  |     22:30 Ukraynada hərbi vəziyyətin müddəti uzadıldı  |     22:22 AQTA "Azəridad" kolbasa sexində nöqsanlar aşkarladı  |     22:17 Sabah çimərliklərdə hava necə olacaq?  |     22:09 Azərbaycanda bahalaşan və ucuzlaşan məhsulların SİYAHISI  |     22:04 Fransada meşələri yandıran 59 nəfər həbs edildi  |     21:56 Axtarışda olan Tuqay Hüseynov Azərbaycana gətirilir  |     21:50 Oman sahillərində gəmiyə hücum: Xəsarət alanlar var  |     21:48 UEFA Çempionlar Liqası: TNS - "Sabah"ı qəbul edir - CANLI  |     21:02 Gəncədə yas mərasimində daha bir KÜTLƏVİ ZƏHƏRLƏNMƏ  |     20:52 22 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində həlak oldu  |     20:51 Bakıda iki küçədə hərəkət məhdudlaşdırılacaq - XƏBƏRDARLIQ  |     20:44 Paytaxtda avtobuslar toqquşdu: Sərnişinlər arasında tanınmış aktyor da var - VİDEO  |     20:42 Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın üç küçəsində təmir işləri yekunlaşdı  |     19:54 Binəqədidə idman zalından 5 min manatlıq saat oğurlanıb  |     19:28 "Anamı və arvadımı cin-şeytan kimi görürdüm" - Goranboydakı dəhşətli cinayətin TƏFƏRRÜATI  |    
Left Banner
Right Banner

Azərbaycanda bahalaşan və ucuzlaşan məhsulların SİYAHISI

14.07.2026 22:09 114
Azərbaycanda bahalaşan və ucuzlaşan məhsulların SİYAHISI
Cari ilin yanvar-iyun aylarında istehlak qiymətləri ötən ilin eyni dövrünə nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,7 faiz, qeyri-qida məhsulları üzrə 3,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,7 faiz artıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, 2025-ci ilin iyun ayı ilə müqayisədə illik istehlak qiymətləri 5,8 faiz artıb, son bir ayda isə 0,3 faiz azalıb.

Bu ilin iyun ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,7 faiz azalıb, əvvəlki ilin müvafiq ayına nisbətən 7,1 faiz artıb. İyunda əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından qarabaşaq yarması, toyuq əti, yoqurt, qatıq, süfrə marqarini, günəbaxan və qarğıdalı yağı, limon, alma, ərik, ağ kələm, soğan, qazlı və qazsız suların qiymətləri bahalaşıb, təzə balıq, yumurta, banan, alça, çiyələk, xiyar, pomidor, şirin bibər, badımcan, göy lobya, süfrə çuğunduru, sarımsaq və kartofun qiymətləri ucuzlaşıb. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

İyun ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,1 faiz, əvvəlki ilin müvafiq ayına nisbətən 3,8 faiz artıb. İyunda əvvəlki ayla müqayisədə boya, mebel, avtomobillər üçün mühərrik yağı və mobil telefonların qiymətləri bahalaşıb, məişət avadanlıqları və zərgərlik məmulatlarının qiymətləri ucuzlaşıb. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər olmayıb.

Ötən ay əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə qiymət artımı əvvəlki aya nisbətən 0,1 faiz, əvvəlki ilin müvafiq ayına nisbətən 5,6 faiz təşkil edib. İyunda əvvəlki ayla müqayisədə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin və ölkədaxili istirahət turlarının qiymətləri bahalaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.скачать dle 11.3
Mojo.az Banner