Mojo.az Banner
20:19 Bir ay öncə ev verilən qazi vəfat etdi - Foto  |     20:12 Maqnit qasırğası olacaq  |     19:54 Beş il əvvəl açılan bağça sıradan çıxıb - Video  |     19:45 Tiktoker "Şəkili Pərviz" həbs olundu  |     19:27 Bakıda qardaş qardaşı bıçaqlayıb - TƏFƏRRÜAT  |     19:14 Azərbaycanda ipoteka ilə ev almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR  |     19:09 İranda iğtişaşlarda ölənlərin sayı açıqlandı  |     18:57 İcra başçısı nümayəndələrini dəyişdi  |     18:52 Arzu Əliyeva doğum günü münasibətilə ona təbrik ünvanlayanlara təşəkkür edib - FOTO  |     18:38 Baş nazir Əli Əsədov İspaniya Deputatlar Konqresinin sədri ilə görüşüb  |     18:26 Kolumbiyada gecə klubuna qumbara atıldı: Ölən və xeyli yaralı var  |     18:09 "Ağdam" şadlıq evinin fəaliyyəti məhdudlaşdırıldı  |     18:00 Leyla Əliyeva bacısını təbrik etdi - FOTO  |     17:55 Paytaxtın hansı küçələrində sıxlıq var?  |     17:49 Təhsil eksperti Kamran Əsədov HƏBS EDİLDİ (Video)  |     17:31 Mərkəzi Bank 6,5 milyon manatlıq əmlakını hərraca çıxarır  |     17:20 Türkiyəli aktyor Doğukan Güngör və sosial media fenomeni Ceyda Ersoyun narkotik testinin nəticələri məlum oldu  |     17:10 Keçmiş aparat rəhbəri Şəmkirdə şadlıq sarayı aldı  |     16:55 Kamran Əsədovla əlbir olan qaynı işdən çıxarıldı - FOTO  |     16:44 İnterpolla axtarılan 82 nəfərin yeri müəyyən edilib  |    
Left Banner
Right Banner

Kürdəmirdə oğru “Zobu” tutuldu

06.11.2019 12:38 1 887
Kürdəmirdə oğru “Zobu” tutuldu
Kürdəmirdə oğurluq edən “Zobu” ləqəbli şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Şirvan şəhərində Regional qrupundan Oxu.Az-a verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsinə rayonun Xırdapay kəndi ərazisində tikinti işləri aparan MMC-lərdən birinə məxsus ümumi dəyəri 2350 manat olan tikinti avadanlıqlarının binanın zirzəmisindən oğurlanması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar Kürdəmir Rayon Polis Şöbəsi Cinayət Axtarış Bölməsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Xırdapay kənd sakini, əvvəllər Rusiyada sifarişli qətldə iştirakçı olduğu üçün 11 il azadlıqdan məhrum edilən 40 yaşlı Zahid Süleymanov saxlanılıb.

Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edib, oğurladığı avadanlıqların bir qismi ondan maddi sübut kimi götürülüb.

Əməliyyat tədbirinin davamı olaraq Z.Süleymanovun yaşadığı mənzilə baxış keçirilib. Bu zaman oradan ümumi çəkisi 4,5 qram olan heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Kürdəmir RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.скачать dle 11.3