Elmar Məmmədyarov isveçli həmkarı ilə görüşdü » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:13 Ukrayna Xarkovdan minlərlə insanı təxliyə etdi: Rusiya bölgədə irəliləyir  |     12:48 Azərbaycan iqtisadiyyatı 4 % artıb  |     12:46 Türk konsulu qətlə yetirən ASALA terrorçusu İrəvanda saxlanılıb - VİDEO  |     12:38 Hindistanda reklam lövhəsinin uçması nəticəsində ölənlərin sayı artdı  |     12:38 Azərbaycan XİN İsraili təbrik etdi  |     12:35 UEFA qərar verdi: Futbolda yeni qaydalar tətbiq olunacaq  |     12:35 Azərbaycanda 58 min 500 nəfər işlə təmin edilib  |     12:34 Elşad Hacıyev: “Kibertalama riskləri artır, hər kəs diqqətli olmalıdır”  |     12:33 Dövlət Departamenti Azərbaycan və Ermənistanın tez bir zamanda sülh razılaşmasına nail olmasını dəstəkləyir  |     12:30 Bakıda sürücü ilə sərnişinlər arasında pandus mübahisəsi - RƏSMİ AÇIQLAMA (VİDEO)  |     12:25 Minimum əməkhaqqı nə qədər arta bilər? - AÇIQLAMA  |     12:24 Oğuzda 14 kəndin internet təminatı kəsildi - SƏBƏB  |     12:02 Çörəyin içərisindən taxta parçası ÇIXDI: Zavod CƏZALANDIRILDI - RƏSMİ  |     12:00 Göyçayda sel: Çay yatağı zibillə dolub-daşdı - VİDEO  |     11:59 Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK  |     11:57 Təhsil kreditləri alanların siyahısı genişləndirildi - YENİLİK  |     11:55 Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı QƏRAR  |     11:54 Maştağada əvvəllər məhkum olunmuş kişi özünü asdı  |     11:53 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     11:52 Yardımlıda saxlanılan şəxslərdən 14 kiloqram marixuana aşkarlanıb  |    

Elmar Məmmədyarov isveçli həmkarı ilə görüşdü

Şərq Tərəfdaşlığının 10 illik yubileyi ilə bağlı Stokholmda keçirilən Nazirlər görüşündə iştirakı çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov İsveçin Xarici İşlər naziri Ann Linde ilə görüşüb.

XİN-dən Oxu.Az-a verilən məlumata görə, Görüşdə Nazirlər ikitərəfli əməkdaşlıq gündəliyində duran bir sıra məsələlər üzrə fikir mübadiləsi aparıblar.

İsveç tərəfinin sorğusuna cavab olaraq Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin hazırkı vəziyyəti barədə məlumat verib.

Beynəlxalq hüququn norma və prinsinpləri, o cümlədən BMT Nizamnaməsi, ATƏT-in Helsinki Yekun Aktı, eləcə də beynəlxalq təşkilatların qərar və qətnamələri, xüsusilə də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında münaqişənin tezliklə sülh yolu ilə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli və məcburi köçkünlərin öz evlərinə qayıtmasının vacibliyi vurğulanıb.

Tərəflər iki ölkənin XİN-ləri arasında ikitərəfli siyasi məsləhətləşmələrin keçirilməsi məsələsini müzakirə ediblər.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi baş tutub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 109 05.11.19 22:58