Mojo.az Banner
15:55 Qubada qadın ZƏHƏRLƏNDİ: "Azəriqaz" işçisinə cəza verildi  |     15:52 Messi 2026-cı il dünya çempionatında iştirak edəcək?  |     15:47 Qax sakini ehtiyatsızlıqdan özünü güllələdi  |     15:45 Xudatda müəllim VƏFAT ETDİ - FOTO  |     15:39 Bakıda hotelin qarajında alman maşınları YANDI  |     15:38 Müsadirə olunmuş "iPhone"ları hərracda 100 min manata alacağını vəd verən şəxs həbs edildi  |     15:36 Sumqayıtda oksigen balonlarının doldurulması sexinin fəaliyyəti dayandırıldı - Video  |     15:33 Azərbaycan neftinin qiyməti 67 dollara yaxınlaşıb  |     14:10 Yol polisindən sürücülərə MÜRACİƏT  |     14:07 2026-cı ildə manatın məzənnəsi ilə bağlı PROQNOZ  |     14:06 Məşhur filmin yeni bölümü çəkiləcək  |     14:05 210 min dollarlıq "Bentley" avtomobilləri öz-özünə alışa bilər - XƏBƏRDARLIQ  |     13:54 Üç yaşlı hindistanlı şahmatçı rekorda imza atdı  |     13:48 Suqovuşanda ticarət mərkəzi inşa olunacaq  |     13:47 Şəhid ailələri və əlilliyi olan şəxslərə ŞAD XƏBƏR  |     13:33 Nazirliyin əməkdaşları vətəndaşı qanunsuz cərimələyiblər - Məhkəmə QƏRARI  |     13:27 Azərbaycana "kartof" adı ilə 22 min ədəd dərman preparatı keçirmək istədilər (FOTO)  |     13:20 Zaqatalada qadını maşın vuraraq öldürüb  |     12:51 Leyla Əliyeva çəkdiyi rəsm əsərlərindən istifadə olunaraq yaradılan animasiyanı paylaşıb (Video)  |     22:42 Azərbaycan Çinə fındıq və badam ixracını artıracaq  |    
Left Banner
Right Banner

Səkkiz idmançımız para taekvondo üzrə Avropa çempionatında iştirak edəcək - ADLAR

28.10.2019 17:15 4 179
Səkkiz idmançımız para taekvondo üzrə Avropa çempionatında iştirak edəcək - ADLAR
Oktyabrın 30-da İtaliyada para taekvondo üzrə Avropa çempionatı keçiriləcək.

Fərid Tağızadə və Yaşar Səfərovun rəhbərlik etdiyi Azərbaycan milli komandası təlim-məşqləri başa vuraraq bu gün İtaliyaya yollanır.

Bari şəhərinin altı min tamaşaçı tutumuna malik “PalaFlorio” idman arenasında keçiriləcək sayca VIII qitə çempionatında ölkəmizi kişilərdən Sadiq Həmidov və Elimxan Manafov ( hər ikisi K-43, -61 kq), İmaməddin Xəlilov (K-44, -61 kq), Əbülfəz Abuzərli, Hüseyn Həsənov (hər ikisi K-44, -75 kq), Vüqar Adışirinov (K44, +75 kq), qadınlardan isə Röyalə Fətəliyeva (K-44, -49 kq) və Aynur Məmmədova (K-44, +58 kq) təmsil edəcək.

Qeyd edək ki, bu yarışda 239 atlet (bunların 69-u qadınlardır) iştirak edəcək. Avropa çempionatı açıq xarakter daşıdığından, başqa qitələrdən də idmançılar mübarizə apara biləcək. Belə ki, bu atletlər 25 Avropa və 21 başqa qitə ölkələrini təmsil edəcək.
/oxu.az/скачать dle 11.3