Mojo.az Banner
14:29 Dənizkənarı Milli Parkda Yeni il yarmarkasının açılışı olacaq  |     13:54 Məmməd İbrahimli də hakimiyyəti ələ keçirmə maddəsi ilə ittiham olunur  |     13:39 Bakıda 10 mərtəbəli universitet binasında söküntü - 25 milyona yenisi tikiləcək  |     13:34 Yanğında həyatını itirən Könül Vəlibəylinin xəsarət alan qızının durumu açıqlandı  |     13:29 Səfərbərlik Xidmətinin zabitinin kassasiya şikayəti geri götürülüb  |     13:15 Leyla Əliyeva övladları ilə bağlı görüntülər paylaşdı - FOTO  |     13:05 Əmək pensiyalarının təyin edilməsi qaydası dəyişib  |     13:03 Taksi sürücüləri üçün növbəti imtahan keçiriləcək  |     12:53 Hesablama Palatası Mədəniyyət Nazirliyində yoxlamalar aparır  |     12:32 Pirəkəşkül və Ağdərədə partlayışlar olacaq: Nazirlikdən XƏBƏRDARLIQ  |     12:21 KİV: Türkiyədə Rusiyaya məxsus tankerləri Ukrayna PUA-ları vurub  |     12:12 "ChatGPT"də reklam funksiyası əlavə oluna bilər  |     12:07 Metroda "pulsuz keçid" iddiası: NFC ödənişləri ilə bağlı yayılan məlumatlara aydınlıq gətirildi - Video  |     11:50 Yasamalda qəza riski: Təhlükə yaradan boru xəttinin kimə məxsus olduğu tapılmır (Video)  |     11:37 Azərbaycanda 71 yaşlı şəxs özünə QR-kodlu başdaşı düzəltdirdi- Video  |     11:35 Gürcüstanda naməlum şəxs üç nəfəri güllələyib  |     11:29 Əli Kərimliyə ittiham irəli sürüldü  |     11:22 Bakıda 50 yaşlı kişini maşın vuraraq öldürüb  |     11:19 "Ramiz Mehdiyev işi"ndə Əli Kərimli epizodu üzrə son ciddi detallar bəlli oldu - FOTO  |     22:54 Azərbaycanda bu məhsul kəskin BAHALAŞDI - VİDEO  |    
Left Banner
Right Banner

Maaş 3 min 300 avro olan Brüsseldə portağalın qiyməti Bakı ilə müqayisədə ucuzdur

22.10.2019 13:00 2 818
Maaş 3 min 300 avro olan Brüsseldə portağalın qiyməti Bakı ilə müqayisədə ucuzdur
“İdxal edilən məhulların bir qisminin qiymətinin qonşu ölkələr ilə müqayisədə xeyli baha olması son zamanlar müzakirə olunan məsələlərdəndir”.

Median.Az
xəbər verir ki, bu barədə iqtisadçı ekspert Vüqar Bayramov qeyd edib.

Ekspert bildirib ki, istehlak bazarında uzun müddət qiyməti aşağı düşməyən məhsullar var.

“Belə məhsullardan biri də portağaldır. Hazırda Bakı supermarketlərində portağalın qiyməti orta hesabla 4.5 manatdan başlayır. Yay aylarından yüksələn qiymət payızda da dəyişmədi.

Ola bilər bu meyvənin istehlakımızda payı çox deyil, amma bir məhsulun qiymətinin artıq aylarla dəyişməməsi və qonşu ölkələr ilə müqayisədə dəfələrlə baha olması iqtisadi əsaslar ilə izah edilə bilməz”, - deyə V.Bayramov bildirib.

Ekspert deyir ki, qonşu Gürcüstanda keyfiyyətindən və istehsal yerindən asılı olaraq portağalın qiyməti 0.4-1.35 avro arasında dəyişir.

“Yəni, qonşu ölkədə sözügedən məhsulun qiyməti bizim ishtehlak bazarı ilə müqayisədə keyfiyyətindən asılı olaraq 2-5 dəfə ucuzdur.//Baku.ws

Orta aylıq əmək haqqısı 3,300 avro olan Avropanın siyasi paytaxtı hesab edilən Brüsseldə də portağalın qiyməti Bakı ilə müqayisədə aşağıdır.

Avropa pulu ilə ifadədə Bakıda portağalın kilolqramı 2.38 avroya, orta aylıq əmək haqqısı bizdən 12 dəfə çox olan Brüsseldə isə 2.1 avroya satılır”.

V.Bayramov deyir ki, bunun səbəblərini iqtisadi baxımdan izah etmək mümkün deyil:

“Düşünə bilərsiniz ki, niyə sadəcə bir meyvənin qiymətini müzakirə edirik.

Məsələ sadəcə portağılın qiyməti ilə bitmir. Bu əslində ondan xəbər verir ki, hələdə xarici ticarətimiz tam liberallaşmayıb.

Belə olmasaydı sahibkarlar ən asan variantda Gürcüstandan həmin meyvəni gətirib daha ucuz qiymətə təklif edib gəlir əldə edə bilərlər.

Deməli, bu meyvənin idxalı ilə az sayda sahibkarlar məşğul ola bilirlər: hətta bəzən rəsmi statistikada say çox görünsə də. Təəssüf ki, bu bir sıra digər ərzaq məhsulları üzrə də müşahidə olunur.

CESD istehlak bazarında qiyməti region bazarları ilə müqaysədə kəskin yüksək olan məhsullar ilə bağlı monitorinq aparılaraq mətbuatda işıqlandırılmasnı və xüsusən də idxal prosesinin, yaşıl dəhlizin fəaliyyətinin monitorinqdə ictimai nəzarətin gücləndirilməsini təklif edir.

Gizli iqtisadiyyatın minimumlaşdırılması, monopoliyanın tam aradan qalıdırlması iqtisadiyyatın tam libeallaşdırılması ilə mümkündür”.скачать dle 11.3