Mojo.az Banner
23:02 45 yaşlı aktyor evində ölü tapıldı  |     22:51 "Qızıl top" mükafatı qaydalarında dəyişiklik olunacaq  |     22:46 Azərbaycana düyü idxalı azalıb  |     22:40 Dənizin ortasında susuzluqdan öldülər  |     22:34 İran hərbi çağırış yaşını 12-yə endirdi  |     22:27 Salah A Seriyasına qayıda bilər  |     22:20 Abbas Əraqçi humanitar yardımlara görə Azərbaycan dilində ölkəmizə təşəkkür etdi  |     22:15 "Bu sözüm sənətçilərin xətrinə dəyir" - Zamiq Hüseynov  |     22:06 İranda su anbarı atəşə tutuldu  |     22:01 Mingəçevir su anbarında itkin düşən 5 nəfər tapıldı  |     21:56 Kəlbəcərdə yük avtomobili dərəyə aşdı: Ölənlər var - ADLAR  |     21:48 İran Əbu-Dabidə zavoda zərbələr endirdi: Yaralılar var  |     21:42 Azərbaycandan Rusiyaya ixrac artıb  |     21:37 106 nömrəli marşrut xəttində gecikmələr baş verir? - AÇIQLAMA  |     21:31 Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanıldı  |     21:24 "Dünyada dəyişikliklər fonunda qarğıdalı yeyirik"  |     21:19 Vərəm xəstəliyinə niyə kişilər daha çox yoluxur?  |     21:08 Bakıda "Xruşovka"lar yeni investisiya aləti kimi istifadə edilir? - Video  |     21:00 Hakan Fidan Pakistana səfər edəcək  |     20:54 Novruzdan sonra əl yandıran qiymətlər: Çərəzlər ucuzlaşmadı - VİDEO  |    
Left Banner
Right Banner

Metroda "pulsuz keçid" iddiası: NFC ödənişləri ilə bağlı yayılan məlumatlara aydınlıq gətirildi - Video

01.12.2025 12:07 696
Metroda
Sosial şəbəkələrdə metro stansiyalarında gediş haqları ilə bağlı "sistemdə boşluq var və limitsiz pulsuz gediş əldə etmək mümkündür" iddiaları yayılıb.

Median.Az
Xəzər TV-yə istinadən xəbər verir ki, paylaşımlarda metroda bank kartları ilə limitsiz və heç bir ödəniş etmədən keçidin mümkün olduğu iddia edilir. Bunun səbəbi kimi isə NFC ödənişi zamanı sistemdə kodlaşdırma xətasının olduğu göstərilir. Şərhlərdə də bu iddianı dəstəkləyən bir çox fikir səsləndirilib.

Bəs, bank kartında balans olmadıqda metrodan keçmək mümkündürmü?

Vətəndaşlar bildirirlər ki, kartda vəsait olmasa belə, NFC sistemi ilə ödəniş zamanı 1 və ya 2 dəfə pulsuz keçid imkanı yaranır.

İKT ekspertləri isə qeyd edirlər ki, bütün sistemlərdə müəyyən boşluqlar, yəni alqoritmdə kodlaşdırma səhvləri ola bilər. Hər hansı bir sistem hazırlandıqdan sonra onun fəaliyyətində xətaların ortaya çıxması mümkündür və bu hallardan sui-istifadə də istisna edilmir.

Ekspertin sözlərinə görə, eyni kartla dəfələrlə uğursuz ödəniş cəhdi olarsa, sistem bunu riskli davranış kimi qəbul edir. Nəticədə həm bank, həm də metro sistemi həmin kartı bloklaya bilər. Onun fikrincə, Bakı metropolitenində kritik səviyyədə kiber­təhlükəsizlik boşluğu yoxdur və sözügedən hallar sadəcə sistemin iş mexanizminin yanlış anlaşılması ilə bağlı ola bilər.

Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-dən bildirilib ki, NFC vasitəsilə ödəniş zamanı bank kartında balans olmasa belə, sərnişinə yalnız birdəfəlik keçid imkanı verilir. Lakin balans artırılmasa, kartla ödəniş avtomatik şəkildə bloklanacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:скачать dle 11.3
Mojo.az Banner