Əmək miqrasiyası ilə bağlı təkliflər hazırlanıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:42 Dünyanın ən zəngin şəhəri hansıdır?  |     22:32 AFFA “Kəpəz”i 8500 manat cərimələdi  |     22:24 Özünü qazi kimi təqdim edən dələduz saxlanıldı  |     22:20 Şaurma və dönərdən zəhərlənmənin əlamətləri – Nə etməli?  |     22:13 Yasamalda mənzildən meyit tapıldı  |     21:58 İsrail daha 11 fələstinlini saxladı  |     21:50 Britaniya Rusiyanın hərbi attaşesini qovur, diplomatik binalarının statusunu ləğv edir  |     21:37 Məmurun kabinetindən noutbukunu oğurlayan şəxsə hökm oxundu  |     21:29 "Bolt" Azərbaycanda bu xidməti dayandırdı (FOTO)  |     21:24 Malayziya "oranqutan diplomatiyası"na başlayır  |     21:18 Azərbaycanda bağlanan şərab zavodu açılır?  |     21:10 Azərbaycanda 40 dəvə yükü ilə qızıl basdırılan yer (VİDEO)  |     21:01 Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb  |     20:52 Şolts və Zelenski Ukrayna ilə bağlı konfransı müzakirə ediblər  |     20:44 "Ordubad” qoruğunun mühafizə zonasının müəyyənləşdirilməsi istiqamətində işlər yekunlaşıb  |     20:36 Rusiyanın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırılıb  |     20:29 Türkiyənin vitse-prezidenti: Azərbaycanda icra olunan layihələrə bundan sonra da dəstək verməyə hazırıq  |     20:23 Süni intellekt və yeni inkişaf meyarları  |     20:14 "Sədərək" sahibinin oğlunun evindən külli miqdarda oğurluq edənin cəzası azaldılıb  |     20:09 Əfqanıstanda hərbçilərə hücum olub, 6 nəfər ölüb, 13 nəfər yaralanıb  |    

Əmək miqrasiyası ilə bağlı təkliflər hazırlanıb

Əmək miqrasiyası kvotasının müəyyən edilməsi üçün təkliflərin hazırlanması və bu sahədəki işin əlaqələndirilməsi məqsədi ilə Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə aidiyyəti qurumların nümayəndələrindən ibarət tərkibdə yaradılmış Komissiyanın növbəti iclası keçirilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

İclasda Komissiyanın sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində respublikamızda dayanıqlı xarakter alan inkişaf prosesləri, sosial ödənişlərin artırılması sahəsində atılan mühüm addımlar ölkəmizin əmək bazarının əmək miqrantları üçün cəlbediciliyini də artırıb. Hər il üçün əmək miqrasiyası kvotası üzrə təkliflər də ölkəmizin iqtisadi inkişaf tendensiyaları, əmək bazarı ilə bağlı məlumatlar təhlil edilməklə, mövcud əmək ehtiyatları və işçi qüvvəsinə tələbat nəzərə alınmaqla hazırlanır.

Nazir qeyd edib ki, bu zaman vakansiyaların ilk növbədə müvafiq peşə hazırlığına, əmək bacarıqlarına malik olan yerli işçi qüvvəsi üçün istifadə olunması prinsipi üstünlük təşkil edir. Yerli işçi qüvvəsinin iddia etmədiyi boş iş yerlərinin mövcudluğu, işçi qüvvəsinə olan ehtiyacların yerli əmək ehtiyatları hesabına təmin edilməsi imkanı, habelə müvafiq iş sahələrinə yüksəkixtisaslı əcnəbi mütəxəssislərin cəlb edilməsi zəruriliyi kimi amillər əsasında kvota üzrə təkliflərin hazırlanması həyata keçirilir.

S.Babayev aidiyyəti dövlət orqanlarından daxil olan məlumatlar əsasında icmal hazırlandığını, müzakirə üçün Komissiya üzvlərinə təqdim olunduğunu deyib.

İclasda 2020-ci il üçün əmək miqrasiyası kvotası üzrə təkliflərlə bağlı geniş müzakirələr aparılıb. 2020-ci il üçün əmək miqrasiyası kvotasına dair təkliflərin baxılmaq üçün Nazirlər Kabinetinə təqdim olunması qərara alınıb.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2016-cı il 14 mart tarixli 124 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”na əsasən, əmək miqrasiyası kvotası - təqvim ili ərzində Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları nəzərdə tutulan əcnəbilərin sayının son həddidır.Baku.wsскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            861 16.10.19 20:20