Vaqif Əsədov: "Görmədim", "bilmədim", "tələsirdim", filankəsəm" sözləri heç kimi məsuliyyətdən azad etmir » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:05 Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda - YENİLİK  |     12:04 Azərbaycan neftinin qiyməti 89 dollardan aşağı düşüb  |     12:02 Bakıda minik avtomobili avtobusla toqquşdu: Xəsarət alan var  |     12:00 Azərbaycanda general vəfat etdi  |     11:59 Zaqatalada pomidor turşusundan zəhərlənən qohumlardan biri xəstəxanada ölüb  |     11:58 Paytaxt sakini Ağsuda narkotiklə saxlanılıb - FOTO  |     11:56 Xaricdə olan ukraynalı kişilər barədə Kiyev daha bir qadağasını açıqladı  |     11:54 Suraxanı və Binə qəsəbəsi illər əvvəl - “Qızıl Fond”dan NADİR GÖRÜNTÜLƏR (VİDEO)  |     11:53 Cəlilabadda 30 yaşlı kişi taksi sürücüsünü bıçaqladı - TƏFƏRRÜAT  |     11:51 Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR  |     11:50 Binəqədinin keçilməz yolları - VİDEO  |     11:49 Paytaxt sakinini yük avtomobili vurub  |     11:47 Şəxs hansı halda orqanını başqasına verə bilər? - ARAŞDIRMA (VİDEO)  |     11:43 Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə öldü  |     11:41 Bakıda 21 yaşlı model faciəli şəkildə öldü - FOTO  |     11:33 Ermənistan və Azərbaycan XİN rəhbərlərinin Qazaxıstanda görüşü baş tuta bilər  |     11:18 Ukraynada sabiq nazir həbs edilib  |     22:49 Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb  |     22:34 Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb  |     22:27 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən oğurluq etdi  |    

Vaqif Əsədov: "Görmədim", "bilmədim", "tələsirdim", filankəsəm" sözləri heç kimi məsuliyyətdən azad etmir

Xəbər verdiyimiz kimi, son günlərin ən aktual xəbərlərindən biri məhz piyadaların vurulması ilə bağlıdır. İşıqfor olan küçələrdə gediş-gəlişi işıfor tənzimləsə də, təhlükə nə qədər az olsa da, təəssüf ki, işıqfor olmayan küçələrdə piyadalar daha çox təhlükədədir. Ümumiyyətlə, piyada keçidi olan halda belə, qəzalara nə səbəb olur?

Median.Az
-ın məlumatına görə, mövzu ilə əlaqədar faktaz.com Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədovun fikirlərini öyrəndib:

"Polis olmasa, hərəkətdə müəyyən problemlər yaşanar. Səmimi etiraf etməliyik ki, hərəkət iştirakçısı olaraq ərazidə yol polisi olmasa, biz əziyyət çəkərik. Buna görə də yol polisinin köməyi hər birimizə lazımdır. Çünki, bəzi sürücülərin yol hərəkəti qaydalarını pozması tıxacların yaranmasına gətirib çıxarır. Bilirik ki, strateji əhəmiyyətə malik, daha çox süni sıxlığın olan yerlər var ki, bunun da sayı 70- ə qədərdir. Bax həmin 70 nəzarət postu bizim tərəfimizdən qeydə alınıb və bu postlarda pik saatlarında 2 və daha çox əməkdaşımız xidmət aparmaq məcburiyyətində qalır. Xüsusilə səhər saatlarında piyada zolaqları ilə kəsişən ərazilərdə, yol birləşmələrində, işıqforlarla tənzimlənən yol ayrıclarında yol- qəza hadisəsi baş verməsin deyə, biz yol polisi olaraq məcbur qalıb hər bir piyadanın əlindən tutub yolu keçirməyə çalışırıq".

Polis polkovniki bildirib ki, polis olmadan da hər kəs öz hərəkətini tənzimləməyi öyrənməlidir. Onun sözlərinə görə, bəzən yol- hərəkəti qaydalarına riayət etməyən vətəndaşlar əsassız bəhanələr gətirirlər:

"Mental xüsusiyyətlərimizlə bağlı "görmədim", "bilmədim", "tələsirdim", "filankəsəm" kimi tez- tez işlədilən ifadələri işlədənlər unutmasın ki, bu sözlər heç kimi məsuliyyətdən azad etmir. Ona görə diqqətli olmalı və tələbləri bilib bunlara uyğun hərəkət etməyə üstünlük verilməlidir".
Vaqif Əsədov həmçinin ötən günlərdə sosial şəbəkələrdə yer alan videodan da danışdı. O, polis əməkdaşının piyada keçidində piyadanı vurması ilə bağlı görüntülərə aydınlıq gətirdi:
"Sükan arxasında kim olursa olsun, törətdiyi xəta ilə əlaqəli cavab verir. Əgər hadisə baş verirsə, günahkar şəxs hadisənin ağırlıq dərəcəsinə görə məsuliyyət daşıyır. Bu polis maşınına dəyib, ya nə bilim vətəndaşa dəyib, bu cür müzakirələr düşünürəm ki, xoşagəlməz informasiya yaymaqdır. Sükan arxasında kim varsa, əgər xətası varsa, sübüt olunursa məsuliyyətə cəlb olunur".
Polis polkovniki yol- qəza hərəkətinin təhlilini verərkən anoloji müqayisə apararaq piyada vurulması hadisələrinin əksəriyyətinin məhz keçidlərin yaxınlığında baş verdiyini dedi:
"Diqqətinizə çatdırmaq istəyirəm ki, yol qəza hadisələri məhz piyada keçidlərinin yaxınlığında baş verir. Apardığımız müşahidələr, tərtib edilmiş inzibati- protokollar onu deməyə əsas verir ki, tikilib- istifadəyə verilmiş bu keçidlərdən piyadalar tam olaraq düzgün, dolğun şəkildə istifadə etmir. Bu təəssüf doğurur. Həmin ərazilərdə yol- qəza hadisələrini təhlil etsək görəcəyik ki, əksər vurulanlar təxminən 25 yaşdan 40 yaşa qədər olan gənclərdir. Həmin adamların da dili ilə ifadə etsək, tələsirdim, görmədim kimi ifadələr işlədəcəklər. Açığı deyim, ötən illər ərzində piyadaların Bakı şəhəri üzrə vurulması 67- 69 faiz təşkil edirdisə, bu rəqəm indi 60 faizə düşüb. Unutmayaq ki, yol-hərəkət hadisələrində həlak, əlil olan, xəsarət alan və həmçinin vuran da, vurulan da hər biri Azərbaycan Respublikasının vətəndaşıdır".
Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov məlumat üçün bildirib ki, avtomobillərin 80 km/saat sürət həddindən daha yüksək sürətlə hərəkət etməsinə icazə verilən ərazilərdə piyadalar təyin olmayan yerlərdən keçirsə artıq 40 manat məbləğində cərimə edilir. Vaqif Əsədov eyni zamanda yol infrastrukturunda yaradılan yeni piyada keçidlərindən də söhbət açaraq piyadaların təhlükəsizliyi üçün həmin piyada keçidlərindən istifadə etmələrini tövsiyyə edib:
"Vaxtı ilə Bakı şəhərində 9 yeraltı piyada keçidi var idi. İndi bu keçidlərin sayı 80- dən yuxarıdır. Yəni bu bir günün işi deyil. 26 yaşlı Azərbaycanımızın paytaxtı Bakı şəhərində yol infrastrukturunun inkişafı sahəsində hələ 2006-cı ildə dövlət Proqramı qəbul edilib. Bu proqramdan gələn tələblər bu gün də icra edilir. Məsələn, Bakı- Mərdəkan dairəsindən Buzovna istiqamətində bilirsiniz ki, piyada keçidi yox idi. İndi səhv etmirəmsə həmin ərazidə 200 piyada keçidi var, biri də tikilməkdədir. Bunlarda məqsəd yol- qəza hadisələrini aşağı enməyidir".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            900 15.10.19 20:37