Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:00 Hava kəskin dəyişir: Güclü yağış, dolu, qar xəbərdarlığı | 14:33 Bakıda baş redaktor həbs edildi - FOTO | 14:16 İşçi işdə xəsarət alarsa, bütün xərcləri kim qarşılamalıdır? | 14:00 Fermerlərə şad xəbər: Hər heyvana görə 1000 manat verilməsi təklif edilir | 13:48 Dünyada ərzaq bahalaşması Azərbaycandakı qiymətlərə necə təsir edə bilər? | 13:31 Sərxoş sürücülərə qarşı cəzalar sərtləşdirilməlidirmi? – Hüquqşünasdan açıqlama | 13:24 Sığınacağın qarşısında dəhşət: Rusiyada azərbaycanlı gənc keçmiş sevgilisinin boğazını kəsib - Video | 13:22 71 yaşlı kişi evini fahişəxanaya çevirdi - Təfərrüat | 13:21 Azərbaycan Dublində qəbul edilən üç sənədə qoşulmadı | 13:07 "Microsoft" sistemində qlobal nasazlıq: "Outlook" 74 ölkədə çöküb | 13:06 Azərbaycan nefti ucuzlaşdı | 12:58 Mingəçevirdə parkda dava: Attraksion nəzarətçisi bıçaqlandı | 12:57 İnternatda böyüyən 11-ci sinif şagirdi market müdirini qarət etdi | 12:56 40 yaşdan sonra dişlərimiz niyə əyilir? | 12:53 "Nvidia"nın keçmiş rəhbəri ilə bağlı yeni iddia: Üçüncü qadın ortaya çıxdı | 12:38 "TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - VİDEO | 12:22 İkinci əl avtomobillərə tələbat artdı – Qiymətlər bahalaşır | 12:19 Cəbrayılda şirkət işçilərinin qaldığı tikilidə yanğın | 12:15 Bakı və Sumqayıtdakı xəstəxanalarda növbə ilə bağlı yenilik | 12:06 Bakı-Qazax yolunda daha bir körpü sökülür - Səbəb |
Mojo.az Avto
Mojo.az Avto

“Sonsuz ailələrə bir dəfə şans veriləcək” - Millət vəkili

12.10.2019 22:09 2 283
“Sonsuz ailələrə bir dəfə şans veriləcək” - Millət vəkili
Bu gün boşanma səbəbləri arasında ilk yeri xarakter uyğunsuzluğu tutsa da, sonsuzluq da boşanmaya səbəb olacaq amillər sırasındadır. Xüsusilə maddi cəhətdən problem yaşayan ailələrdə bu məsələ daha aktualdır. Müalicə prosedurunun, süni mayalanma prosesinin qiymətinin heç də aşağı olmadığını nəzərə alsaq, tərəflərin çıxış yolunu ayrılmaqda görməkləri o qədər də təəccüblü hal deyil.

Maraqlıdır, maddi cəhətdən problem yaşayan sonsuz ailələrə dövlət tərəfindən övlad sahibi olmaq üçün müailcə dəstəyi göstərilə bilərmi? Bu haqda qanunun qəbul olunması nəzərdə tutulub?

Median.Az xəbər verir ki, məsələ ilə bağlı modern.az-a danışan Milli Məcilsin səhiyyə komitəsinin üzvü deputat Kamilə Əliyeva deyir ki, sonsuz ailələrə dəstək məqsədilə qanun hazırlanır:

“Milli Məclisin səhiyyə komitəsində “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi hazırlanır. Bu qanun qüvvəyə minəcəyi təqdirdə sonsuzluq problemi öz həllini tapacaq. Qanunda nəzərdə tutulub ki, sonsuz ailələrə bir dəfə şans verilsin ki, pulsuz süni mayalanma etdirə bilsinlər. Payız sessiyası qısa olduğundan bu məsələni yaz sessiyasında müzakirə edəcəyik”.

Son xəbərlər