Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Tolik Kəmaləddin Heydərova müraciət etdi

10.10.2019 21:00 3 530
Tolik Kəmaləddin Heydərova müraciət etdi
Tanınmış prodüser və teleaparıcı Tarix Əliyev Fövqalada Hallar Naziri Kəmaləddin Heydərova müraciət edib.

O eyni zamanda "Azəriqaz" istehsalat birliyinin rəhbəri Əkbər Hacıyev də müraciət ünvanlayıb.
Tolik yaşadığı binanın qaz problemi olduğunu bildirib.

"Hörmətli FHN Kəmaləddin müəllim və Azəriqazın baş direktoru Əkbər Hacıyev məcbur olub buradan sizə müraciət edirəm. Yaşadığım bina Bakının iki strateji obyektinin (H. Əliyev Mərkəzi və Bakı Konqres Mərkəzi) qarşısında yerləşdiyindən əminəm ki, bu bina tikiləndə binanın bütün sənədləri tikintidə istismara yararlı olub, əgər əmin olmasaydılar bu bina tikilməzdi.

205 mənzilli bu binanın hazırda suyu, işığı mövcuddur. Hər birisi sayğaclarla təmin edilib. Bu gün Cənab Prezident İlham Əliyevin vətəndaşların yaşayışının yaxşı olmasını düşünərək hətta ucqar rayonlarda da vətəndaşlarımızı qazla təmin edib və etdirir. Amma əfsuslar olsun ki, bizim binanın qazla təmin olunması üçün bütün proseslər başa çatıb. Binaya qaz çəkilib, sayğaclar qoyulub, plomlar vurulub qaz verilməsinə tam hazır olması barədə akt da imzalanıb.

Bu gün qaz verilməsini gözləyərkən "Azəriqaz" bildirir ki, FHN binanın ümumi təhvil aktını verməsə, qaz verilməyəcək. İndi mənə maraqlıdır bu aktdı verməsələr binanı sökəcəklər? Burda bizim günahımız nədir? Vətəndaşlar soyuqdan binada yaşaya bilmir. Xahiş edirəm Cənab Nazir bu barədə müvafiq tapşırıqlarınızı verəsiniz". (Demokrat.az)

Son xəbərlər