Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:22 İkinci əl avtomobillərə tələbat artdı – Qiymətlər bahalaşır | 12:19 Cəbrayılda şirkət işçilərinin qaldığı tikilidə yanğın | 12:15 Bakı və Sumqayıtdakı xəstəxanalarda növbə ilə bağlı yenilik | 12:06 Bakı-Qazax yolunda daha bir körpü sökülür - Səbəb | 12:01 Əlillik almayan hərbçilərin sosial təminatı genişləndirilməlidir – Açıqlama | 11:52 Bakıda kütləvi dava: Üç nəfər bıçaqlandı | 11:41 Abşeronda 89 yaşlı qadın zəhərlənib öldü | 11:37 Azərbaycanda müəllimlərə şagirdlərlə bağlı qadağa | 11:28 Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı yeni detallar | 11:16 Bakıda qadın sürücü qəza törətdi, ölən var | 11:11 Alyona Əliyeva COP31-dən paylaşım edib - Foto | 11:08 MİDA 1049 mənzili satışa çıxarır — qiymətlər 43 min 225 manatdan başlayır | 11:03 Məşğulluqdan aldığı inkubator aparatını satdı - İş Ali Məhkəməyə qədər getdi | 23:01 Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib | 22:54 Hörmüz boğazının şərqində 2 tanker alışıb | 22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat | 22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb | 22:20 Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb |
Mojo.az Avto
Mojo.az Avto

DİQQƏT! Bu kartof sizi öldürə bilər - Əlamətlər

09.10.2019 23:12 3 078
DİQQƏT! Bu kartof sizi öldürə bilər - Əlamətlər
Qida rasionumuzda hər gün istifadə etdiyimiz kartofun əslində bizi zəhərlədiyini bilirdinizmi?

Median.Az
medicina.az-a istinadən bildirir ki, kartofun faydaları ilə yanaşı zərərləri də var. Düzgün şəraitdə saxlanılmayan kartof cücərib yaşıllaşanan zaman hətta bizi zəhərləyərək öldürə bilər.

Türkiyəli dietoloq Beyza Kose, "Kartof yedikdən sonra ürək bulanması, boğaz ağrısı və baş ağrısı hiss edirsinizsə, dərhal xəstəxanaya gedin" - deyə xəbərdarlıq edib. Onun sözlərinə görə, insan sağlamlığına bir çox müsbət təsir göstərən kartofun, məhsul yığımından əvvəl və sonra saxlanılmasına diqqət edilməsə, səhvlər səbəbindən qida zəhərlənməsinə və ya hətta insan ölümünə səbəb ola bilər.

Kartofda bitkilər, göbələklər, böcəklər kimi xarici amillərdən qorunmaq üçün bəzi zəhərli maddələr vardır.

Yığımı və saxlanılmasında nöqsanları olduqda isə (saxlama temperaturu, məhsul yığımı və daşınması zamanı mexaniki zədələr, nəm, havalandırma və zərərli həşəratlar) bu zəhərli maddələr artır və insan həyatına təhlükə yaradır. Çünki kartofun tərkibində bu kimyəvi maddələrdən ən təhlükəlisi solanin var.

Günəşdə və ya yüksək rütubətdə saxlanılan kartofda solaninin miqdarı artır. Artan solanin xlorofil sintezini stimullaşdırır və kartofun sarıdan yaşıl rəngə çevrilməsinə səbəb olur. Solaninin miqdarı artdıqca, zəhərlənmə təsirindən yaşıllaşma əmələ gəlir. Buna görə yaşıl ləkələr və ya tumurcuqları olan kartofu yeməkdən çəkinmək lazımdır.

Son xəbərlər