Mojo.az Banner
17:33 Sabah Mingəçevir və Bərdədə qaz olmayacaq  |     17:30 Boynuna asdığı patrona görə cəzalandırıldı: "Məni qoruyacağını düşünmüşdüm"  |     17:23 Bakıda kişi narkotik almaq üçün pul verməyən anasını döyüb  |     17:14 Qurban Qurbanov "Neftçi"nin imtinasından danışdı  |     17:02 "Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbərinin şikayəti təmin edilmədi  |     16:26 "ASAN Xidmət"də səs-küy saldı, cərimə olundu  |     16:22 Bakıda ana sevgilisi ilə birlikdə azyaşlı oğluna işgəncə verdi - FOTO  |     16:07 Daha yeddi Ermənistan vətəndaşına hökm oxundu  |     15:55 Lavrov üçtərəfli razılaşmalardan danışdı  |     15:53 ABŞ-nin Bakıdakı səfirliyindən azərbaycanlılara viza ilə bağlı müraciət - FOTO  |     15:37 Ali Məhkəmə keçmiş vəkillə bağlı qərar verdi  |     15:35 İcra başçısı özünə birinci müavin təyin etdi  |     15:22 Puqaçova ictimaiyyətdən uzaqlaşdı  |     14:17 Müəllimlər məzuniyyəti bu şərtlərlə alacaqlar - QAYDALAR  |     14:05 Mehdiabadda qanunsuz fəaliyyət göstərən kolbasa sexi aşkarlandı  |     13:54 Bako Saakyana hökm oxundu  |     13:37 Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib  |     13:33 Ağcabədidə yeddi yaşlı oğlan bıçaqlandı: Saxlanılan var  |     13:11 Levon Mnatsakanyan ömürlük azadlıqdan məhrum edildi  |     12:55 Sabah Bakıda yağış yağacaq  |    
Left Banner
Right Banner

338 nəfər Azərbaycan vətəndaşlığına qəbul olunub

08.10.2019 21:08 1 396
338 nəfər Azərbaycan vətəndaşlığına qəbul olunub
Prezident İlham Əliyevin 355 nəfərin Azərbaycan Respublikasının vətəndaşlığına qəbul və bərpa edilməsi haqqında imzaladığı sərəncamın icrası olaraq, Dövlət Miqrasiya Xidmətində (DMX) həmin şəxslərin təntənəli andiçmə mərasimi keçirilib.

Median.Az
xəbər verir ki, Xidmətdən Trend-ə verilən məlumata görə, sərəncama əsasən 338 nəfər vətəndaşlığa qəbul olunub, 17 nəfərin isə vətəndaşlığı bərpa edilib.

Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov qeyd edib ki, bundan sonra vətəndaşlıq hüququ əldə edənlərin hər biri dövlətin bütün imkanlarından yararlana, seçkili orqanlarda iştirak edə biləcəklər:

"Onların iş imkanları daha da genişlənəcək. Prezident İlham Əliyevin sərəncamlarına əsasən, sosial, iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə dinamik inkişaf vətəndaşların həyatında özünü aydın büruzə verir. Məhz bu səbəbdən Azərbaycanın tam hüquqlu vətəndaşı olmaq həqiqətən də böyük fəxr və xoşbəxtlikdir".скачать dle 11.3