“Azərbaycan kəlağayısı və Qarabağ atları” İstanbulu fəth etdi - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:09 “Instagram”da tanış olduğu qadın kişi çıxdı - 150 minlik cinayətin DETALLARI  |     16:58 Yaxın günlərdə Xocalı şəhərinə 50 ailə köçürüləcək - RƏSMİ  |     16:37 Mariya Stadnikə ağır itki  |     16:23 Sumqayıtda 10 aylıq körpə boğularaq ölüb  |     16:10 Mərkəzi Bankda YENİ TƏYİNAT  |     15:38 "Nərmin işi": İlkin Süleymanovdan xəbər var  |     15:35 İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi  |     15:27 Nazirin şirkəti keçmiş rəisi məhkəməyə verdi  |     15:11 Sankt-Peterburqda çaya düşən avtobusla bağlı daha bir nəfər saxlanılıb  |     14:48 Bəzi qadınların maaşı artırıla bilər  |     14:46 Bəzi məhsulların qiyməti artıb - SİYAHI  |     14:45 40 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var  |     14:44 Xocalı Rayon Məhkəməsinə sədr təyin edildi  |     13:21 Külli miqdarda aksiz markasız siqaret aşkarlanıb  |     13:09 Ermənistan XİN rəhbəri: “Almatıda Azərbaycanla danışıqlar konstruktiv şəraitdə keçdi”  |     12:59 Meteohəssas insanların NƏZƏRİNƏ: Geomaqnit qasırğası gözlənilir  |     12:44 ATƏT sədri Bakıya gələcək  |     12:26 Əməkdar artist vəfat etdi  |     12:08 11-ci sinif şagirdi faciəvi şəkildə öldü  |     12:08 Azərbaycanda biznesmenin ölümünə səbəb olan həkimə hökm oxundu  |    

“Azərbaycan kəlağayısı və Qarabağ atları” İstanbulu fəth etdi - FOTO

Oktyabrın 3-6-da artıq dördüncü dəfə ənənəvi olaraq İstanbulda təşkil olunan Etnospor Mədəniyyət Festivalına yekun vurulub.

16 ölkənin qatıldığı tədbirdə ölkəmizi Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi və rəqs ansamblı 50 nəfərlik heyət ilə təmsil edib. Dörd gün ərzində tədbirləri Türkiyənin müxtəlif bölgələri ilə yanaşı, dünyanın bir sıra ölkələrindən gəlmiş ümumilikdə bir milyondan artıq insan izləyib.

Azərbaycan Respublikasınln Prezidenti cənab İlham Əliyevin xüsusi diqqəti və ali dəstəyi sayəsində qorunub saxlanılan və ardıcıl surətdə inkişaf etdirilən Qarabağ atlarının bu tədbirdə iştirakı xüsusilə əlamətdar olub.

“Bir millət, iki dövlət” şüarı altında təqdim olunan “Azərbaycan kəlağayısı və Qarabağ atları” adlı şou-kompozisiya Azərbaycan kəlağayısının ecazkar gözəlliyini, milli-mədəni sərvətlərimiz sayılan və heyrətamiz xüsusiyyətləri ilə seçilən Qarabağ atlarının bənzərsizliyini ifadə etməklə tamaşaçıların böyük marağına səbəb olmuş və xüsusi zövqlə izlənilib.

Tədbirin sonunda iştirakçılar xüsusi medallar və fərmanlarla təltif ediliblər. Azərbaycan təmsilçilərinə mükafatları Türkiyə Cumhuriyyətinin vitse-prezidenti cənab Fuad Oqtay təqdim edib.




















скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 667 07.10.19 15:24