Mojo.az Banner
14:31 Günəşdə güclü partlayış baş verib - Maqnit qasırğası ola bilər  |     13:43 Klinikadan 5000 manat oğurlayan kassir saxlanıldı  |     12:52 Polis Bakıda ƏMƏLİYYAT KEÇİRDİ - Saxlanılanlar var - Video  |     12:48 Azərbaycanda onlarla aptekdə NÖQSANLAR aşkarlanıb  |     12:30 Milli və xarici valyutada əməliyyatların aparılması qaydalarında dəyişiklik edilib  |     12:21 Birinci sinfə qəbulla bağlı yaranan SUALLARIN CAVABLARI  |     12:20 Dövlətə xəyanətə görə Turalbəy Mehdiyevə HÖKM OXUNDU  |     12:19 Sabiq nazir və "Təfəkkür" Universitetinin rəhbəri CƏRİMƏLƏNDİ  |     12:17 Gəncədə 22 yaşlı qadın BIÇAQLANDI: Əri saxlanıldı (Yenilənib)  |     12:15 Sumqayıtda 66 yaşlı kişi hamamda yıxılaraq ÖLDÜ  |     12:15 İşləyən vətəndaşların pensiyaları nə qədər artacaq? - FOTO  |     12:13 Azərbaycandan keçməklə Rusiyadan Ermənistana 10 vaqon gübrə göndəriləcək  |     11:55 Okampo Bakıya qarşı genişmiqyaslı dezinformasiya kampaniyasını necə qururdu? - Video  |     11:50 Azərbaycanda 79 nəfər zəhərlənib, 5 nəfər ölüb  |     11:49 İsveç saxta bayraq altında üzən gəmini saxladı  |     11:47 Yaxın Şərqdəki gərginliyin əks-sədası: Azərbaycanın təkər bazarında qıtlıq yarandı - Video  |     11:45 Maştağadakı psixiatriya xəstəxanasından pasiyentlər qaçıblar? - Yaxınlıqda yaşayan sakinlər DANIŞDILAR - Video  |     11:42 Alyona Əliyeva "Baku Fashion Week" moda həftəsindən paylaşım edib - FOTO  |     11:36 Türkiyədə təhsil alan azərbaycanlı gənc faciəli şəkildə HƏLAK OLDU - FOTO  |     11:31 "Bitcoin"in qiyməti artdı - Son ayların yeni rekordu  |    
Left Banner
Right Banner

“Qarabağ”ın ispan futbolçusu: Biz bu təxribatlara uymamalıyıq

04.10.2019 18:30 2 471
“Qarabağ”ın ispan futbolçusu: Biz bu təxribatlara uymamalıyıq
Ötən il “Arsenal”la matçda da bu bayraqla bir azarkeş stadiona qaçmışdı. Həmin vaxt matç dayandırılmamışdı, ancaq o da təxribat idi.

Bunu ölkəsinin “Marca” radiosuna açıqlamasında “Qarabağ”ın ispaniyalı futbolçusu Dani Kintana bildirib.

“Düşünürəm ki, biz bu təxribatlara uymamalıyıq. Baş məşqçimiz də bizə həmişə bunu deyir. Düzdür, başa düşürəm ki, bu bəzilərimiz üçün çətindir. Çünki komanda yoldaşlarım arasında elələri var ki, bu məsələ onlara yaxındır. Onlar öz qohumlarını bu münaqişədə itirib və ya öz evlərindən çıxmağa məcbur edilib. Üstəlik, unutmaq lazım deyil ki, “Qarabağ” münaqişənin olduğu regionu təmsil edir. Ancaq mən bu mövzuya az diqqət ayırmağa üstünlük verirəm. Nə qədər az fikir versək, bir o qədər az təxribatla üzləşərik”, – deyə Kintana bildirib.

“Qarabağ”ın 4:1 qalib gəldiyi görüşün 69-cu dəqiqəsində qol vurmuş Dani Kintana şotlandiyalı baş hakimin onlarla dialoqundan və APOEL-lə Kiprdə gözlənilən oxşar təxribatlardan da danışıb:

“Baş hakim bizə dedi ki, bu bayraq yenidən görünərsə, oyunumuzu davam etdirək, ona əhəmiyyət verməyək... İndi bizim Kiprdə oyunumuz var. Bizi xəbərdar ediblər ki, güman ki, orda da belə hərəkət təkrarlanacaq. Çünki orda çoxlu erməni mühacirlər yaşayır. Təəssüf ki, bu cür hadisələr futbolda baş verməkdə davam edir”.
скачать dle 11.3
Mojo.az Banner