Mojo.az Banner
11:16 Qəbul və buraxılış imtahanlarının VAXTI AÇIQLANDI  |     23:02 Sabah bu ərazilərdə işıq olmayacaq  |     22:57 Taksilərlə bağlı yeni qayda - Qiymətlər artacaq?  |     22:50 Pezeşkian: "Dövlət öz səhvlərini qəbul etməlidir"  |     22:49 "Qarabağ" - "Ayntraxt" oyununda ilk hissə yekunlaşdı  |     22:41 Qrenlandiyada nazir sakinlərə narahatedici çağırışla müraciət etdi  |     22:35 Şəkidə yol qəzaları oldu - Xəsarət alanlar var  |     22:29 Hava şəraiti ilə əlaqədar məktəblərdə dərslərə fasilə verilib? - RƏSMİ  |     22:06 Bakıda 40 yaşlı qadın qətlə yetirildi  |     21:59 "Qarabağ" "Ayntraxt Frankfurt"a qarşı: Oyunda hesab açıldı - Video  |     21:52 Avropada böyük narkotik şəbəkəsi çökdürüldü  |     21:44 “Qarabağ” və “Ayntraxt”ın start heyətləri açıqlandı  |     21:40 Azərbaycanda bir gün ərzində qarlı hava 400 min manatlıq sığorta zərərinə səbəb olub  |     21:36 Bakıda iki küçənin kəsişməsindəki problem həll edildi? - Video  |     21:34 Ötən il Azərbaycanda doğulan əkizlərin sayı açıqlandı  |     21:28 Yeni icra başçısı müavinini işdən çıxardı  |     21:16 Uyğunsuz videosu yayılan müəllim işdən çıxarıldı  |     21:10 Haldun Dormen vəfat etdi  |     21:02 Zəbt edilən örüş torpaqları, YOX OLAN "KUPÇA": KÜRDƏMİR AQRO ARAŞDIRMA  |     20:53 Sabah 10:00-da qaz kəsiləcək - bu ərazilərdə  |    
Left Banner
Right Banner

“Liverpul” ispaniyalı futbolçuya görə cəzalandırıldı

03.10.2019 16:10 1 855
“Liverpul” ispaniyalı futbolçuya görə cəzalandırıldı
İngiltərə Futbol Liqası “Liverpul”u İngiltərə Liqa Kubokundan kənarlaşdırmayıb.

Mersisayd təmsilçisi 1/16 finalda “Milton Kinz Donz”la matçda reqlamentdə səhvə yol versə də, klubun turnirdə qalmasına qərar verilib.

Ancaq “Liverpul” 200 min funt sterlinq məbləğində cərimələnib. İngiltərə təmsilçisinə verilən məbləğin yarısı şərtidir və növbəti mövsüm hansısa qayda pozulacağı təqdirdə, klub onu ödəməli olacaq.

Qeyd edək ki, “Liverpul”un 2:0 hesabı ilə qalib gəldiyi sözügedən görüşdə iştirak hüququ olmayan 22 yaşlı Pedro Çirivelya çıxış edib. İspaniyalı futbolçunun beynəlxalq sənədləri qaydasında olmadığından, oynamaq hüququ yox imiş. Buna baxmayaraq, o, 63-cü dəqiqədə qvineyalı Nəbi Keytanın yerinə meydana daxil olub.

Bu isə o deməkdir ki, Liqa Kubokunun 1/8 finalında “Arsenal”ın rəqibi “Liverpul” olacaq. Bu görüş oktyabrın 30-da keçiriləcək.
/oxu.az/скачать dle 11.3