Valideynlərin uşaqlarla bağlı etdiyi ən böyük 8 səhv - MÜTLƏQ OXUYUN » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:48 Azərbaycan iqtisadiyyatı 4 % artıb  |     12:46 Türk konsulu qətlə yetirən ASALA terrorçusu İrəvanda saxlanılıb - VİDEO  |     12:38 Hindistanda reklam lövhəsinin uçması nəticəsində ölənlərin sayı artdı  |     12:38 Azərbaycan XİN İsraili təbrik etdi  |     12:35 UEFA qərar verdi: Futbolda yeni qaydalar tətbiq olunacaq  |     12:35 Azərbaycanda 58 min 500 nəfər işlə təmin edilib  |     12:34 Elşad Hacıyev: “Kibertalama riskləri artır, hər kəs diqqətli olmalıdır”  |     12:33 Dövlət Departamenti Azərbaycan və Ermənistanın tez bir zamanda sülh razılaşmasına nail olmasını dəstəkləyir  |     12:30 Bakıda sürücü ilə sərnişinlər arasında pandus mübahisəsi - RƏSMİ AÇIQLAMA (VİDEO)  |     12:25 Minimum əməkhaqqı nə qədər arta bilər? - AÇIQLAMA  |     12:24 Oğuzda 14 kəndin internet təminatı kəsildi - SƏBƏB  |     12:02 Çörəyin içərisindən taxta parçası ÇIXDI: Zavod CƏZALANDIRILDI - RƏSMİ  |     12:00 Göyçayda sel: Çay yatağı zibillə dolub-daşdı - VİDEO  |     11:59 Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK  |     11:57 Təhsil kreditləri alanların siyahısı genişləndirildi - YENİLİK  |     11:55 Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı QƏRAR  |     11:54 Maştağada əvvəllər məhkum olunmuş kişi özünü asdı  |     11:53 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     11:52 Yardımlıda saxlanılan şəxslərdən 14 kiloqram marixuana aşkarlanıb  |     11:50 Azərbaycan nefti ucuzlaşıb  |    

Valideynlərin uşaqlarla bağlı etdiyi ən böyük 8 səhv - MÜTLƏQ OXUYUN

Uşaqların gələcək həyatına təsir göstərəcək 8 valideyn səhvilə bağlı yazını təqdim edirik:

1. Övladınıza olan sevginizi yetərincə bildirmisiniz. Balaca uşaq üçün ana və ata ən dəyərli, onun balaca dünyasına çevrilən insandırlar. Uşaq isə onların sevgisini hiss etmədikdə, özünə dəyər verib sevə bilmir. Bu halda özünü bəyənməmə kimi bir problem yaranır. Çox zaman belə uşaqlar böyüdükdə öz xarici görünüşlərin bəyənmirlər və plastik əməliyyatlara üz tuturlar.

2. Övladınızı qayğıya boğursunuz. Onunla həm dost olmağa, həm də həyatında baş verən bütün hadisələrə nəzarət etməyə çalışırsınız. Valideynlər əksər hallarda övladlarının böyüdüklərini qəbul etmir və uşaqların tək başına edə biləcəyi işləri onların əvəzinə etməyə davam edirlər.

3. Uşaqlarınızın yerinə qərar verirsiniz. Milli.Az medicina.az-a istinadən bildirir ki, ən xırda oyuncaq seçimində belə uşağın əvəzinə qərar verərək, onu azadlıq və sərbəstlikdən məhrum edirsiniz. Hər bir valideyn anlamalıdır ki, uşağın yaşına uyğun olaraq ona seçim fürsəti verilməlidir.

4. Ailədə yaratdığınız münaqişələr. Uşaqlar valideynlər arasında baş verən anlaşılmazlıqların səbəbini başa düşə bilmədikləri üçün, evdə yaranan ən xırda problemdə belə özlərini günahkar bilirlər.

5. Uşaqdan onun edə bilməyəciyi şeyləri tələb edirsiniz. Uşaqlar balaca olduqları üçün, yaşca onlardan böyük insanların, ən əsas da valideynlərinin söylədilklərinə inanırlar. Bu halda isə onların tələb etdikləri hər şeyi yerinə yetirməyə çalışırlar, edə bilmədiklərində isə özlərini bacarıqsız və uğursuz olaraq dəyərləndirilər.

6. Övladınızı "rahat uşaq" obrazına salmağa çalışırsınız. Şəxsi işlərinizdə rahatlıq yaratmaq məqsədi ilə övladınızın saatlarca televizora baxmağına və kompyuter oyunları oynamasına icazə verirsiniz. Bu halda uşaq sizə mane olmadığı üçün növbəti dəfə də bu vəziyyəti təkrarlayırsınız. Uşağı bu cür böyüdərək, onu həyat məsuliyyətlərinə hazırlaya bilməzsiniz.

7. Ata diqqətinin olmaması. Uşağın ata sevgisindən, diqqətindən məhrum qalmağı onun gələcək həyatına mənfi təsir göstərir. Uşağın gələcəkdə nə qədər iradəli, möhkəm, dayanıqlı biri olması, şəxsiyyət kimi inkişaf etməsi, tək başına bir çox işləri bacara bilməsi ailədə yaranan ata obrazından asılıdır.

8. Uşağınızın hisslərini önəmsəmirsiniz. Bəzən uşaqlar sizin üçün bir önəm verməyən xırda şeylərə görə məyus ola bilirlər. Amma gözlədikləri təsəlli yerinə onlar "yaxşıpis, sən ki oğlansanqızsan, ağlamasakit dur" kimi ifadələr eşidirlər. Belə davranaraq siz uşağınızın hisslərini dəyərləndirməmiş olursunuz və böyüdükdə də onlar ətrafdakı insanların hisslərinə laqeyd yanaşırlar.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 330 28.09.19 22:46