Lotereyada 10 milyon uddu, müəmmalı şəkildə öldü » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:52 Bakı restoranında faciə  |     16:15 Bakıda qadın həkimin bıçaqlanması ilə bağlı bəzi TƏFƏRRÜAT AÇIQLANDI  |     15:56 Vilayət Eyvazovdan Xankəndiyə yeni təyinat  |     15:40 Ermənistanın Azərbaycanla sərhəddəki kəndində torpaq sürüşməsi baş verib  |     15:27 Hərbi vəzifəlilərin təlim toplanışı davam edir - VİDEO  |     15:21 Yasamalda əməliyyat: Saxlanılanlar var - VİDEO  |     15:09 Almaniya Rusiyadakı səfirini geri çağırıb  |     14:52 Hüseyn Həsənovun vergi orqanlarına 153 milyon borcu var  |     14:51 Mayın 8-də geomaqnit qasırğası gözlənilir  |     14:34 Ermənistan XİN Almatıda Bakı ilə müzakirə olunacaq məsələləri açıqladı  |     14:23 Hansı şəxslərə 1380 manat veriləcək? - Deputat AÇIQLADI  |     14:22 ABŞ səfiri Şuşaya gedib  |     13:52 Ağdərədə sümük fraqmentləri aşkarlanıb  |     13:51 Prezident TƏSDİQLƏDİ - Daha bir ölkəyə vizasız gedə biləcəyik  |     13:28 Zərərçəkənin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar  |     13:06 Əli Əsədovdan daimi arbitraj təşkilatı ilə bağlı QƏRAR  |     12:31 Buraxılış və qəbul imtahanlarının nəticələri bu həftə açıqlanacaq - RƏSMİ  |     12:29 Azərbaycanda 1,6 milyonluq şirkətin rəhbəri istefa ərizəsi yazdı  |     12:14 Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb  |     12:10 Azərbaycanda bu şəxslər pensiyaya daha tez çıxacaqlar - AÇIQLAMA (VİDEO)  |    

Lotereyada 10 milyon uddu, müəmmalı şəkildə öldü

Lotoreyada milyonlarla Kanada dolları udan qalib Efiopiyada müəmmalı şəkildə ölüb.

Bu barədə “CBC News” xəbər yayıb.

Maykl Qebru Efiopiyada doğulub və böyüyüb. O, daha sonra Kanadaya gedib, viza alıb və burada zavodda işləməyə başlayıb. 2017-ci ildə isə işsiz qalıb. İşdən qovulduqdan sonra lotereya bileti alıb və 10,7 milyon Kanada dolları (13,7 milyon manat) qazanıb.

Qebru jurnalistlərə ev almaq və Yamaykanı ziyarət etmək istədiyini deyib. Bundan əlavə, o, qazandığı sərvəti başqalarının da rifahı üçün xərcləməyi düşünüb:

“Mən həmişə lotereya qazansam, ehtiyacı olanlara kömək edəcəyimi deyirdim”.

Qohumları Qebranın sözünü tutduğunu təsdiqləyiblər. Belə ki, milyonçu olandan sonra o, tez-tez Efiopiyada olur, keçmiş həmvətənlərinin həyatını yaxşılığa doğru dəyişməyə çalışırdı.

Təxminən iki həftə əvvəl Qebra yenidən Afrikaya gedib və bir neçə gün sonra Kanadadakı qohumları onun ölüm xəbərini alıblar. Onlar Qebranın pula görə öldürüldüyünü düşünür və Kanadanın Efiopiyadakı səfirliyindən kömək gözləyirlər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 985 25.09.19 12:39