Tbilisidə etirazçılar hökumətə "qırmızı kart" göstəriblər - YENİLƏNİB-2 » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:46 “Real Madrid” azarkeşlərə sürpriz hazırlayıb  |     11:45 30 il sonra alınan İNTİQAM: “Azərsu” əməkdaşı QƏTLƏ YETİRİLİB  |     11:43 “Bakıxanov” qəbiristanlığına kameralar quraşdırılacaq - VİDEO  |     11:42 Bankların yeni işbazlığı: “Camaata məcburi kredit kartı verilir” - VİDEO  |     11:39 Bakının mərkəzində üç ilə tikilən hotel üç günə söküldü - VİDEO  |     11:35 Təhsil müəssisəsində külli miqdarda mənimsəmə: Cinayət işi başlanıldı  |     11:27 Ucarda narkokuryer saxlanılıb  |     11:18 Rusiya XİN: “Postsovet məkanında bütün məsələlər qonşular arasında birgə həll edilməlidir”  |     23:04 Dünyanın ən çətin dilləri: İlk 5-lik  |     22:54 Coni Rusiyada daha bir mükafat aldı - FOTOlar  |     22:46 Yeni Kaledoniyada səsvermə hüquqlarının pozulması fonunda komendant saatı tətbiq edilib  |     22:38 Bakı-Xırdalan-Sumqayıt qatarında gecikmə olub  |     22:30 Rusiya MN-nin idarə rəisinə külli miqdarda rüşvət verən erməni saxlanıldı  |     22:22 Peşə Təhsil Mərkəzi İsveçrə Universiteti ilə əməkdaşlığa başlayır  |     22:16 Azərbaycanda mərkəz direktoru İŞDƏN ÇIXARILDI  |     22:08 Lənkəranda meyiti tapılan qadının kimliyi məlum olub - YENİLƏNİB  |     22:00 Şuşada mərkəzi küçələrdən birinə Milli Qəhrəmanın adı verilib - FOTO  |     21:52 Dəhşətli qəzada ölən qazi ilə dostunun FOTOsu  |     21:45 Arvad evə əxlaqsız qadınlar gətirən kikboksçu ərini öldürdü - VİDEO  |     21:38 Gəliriniz artacaq, maliyyə vəziyyətiniz yaxşılaşacaq – 4 bürcə ŞAD XƏBƏR  |    

Tbilisidə etirazçılar hökumətə "qırmızı kart" göstəriblər - YENİLƏNİB-2

Tbilisidə parlamentin binası qarşısında keçirilən aksiya davam edir.

Median.Az
report-a istinadən xəbər verir ki, aksiya iştirakçıları əllərində "qırmızı kartlar" tutublar.

Onlar bu yolla hökumətin əleyhinə olduqlarını ifadə ediblər.

Aksiya təşkilatçıları bildiriblər ki, onlar "qırmızı kartlar"la Bidzina İvanişvilinin idarəçiliyinə son qoyulmasını tələb edirlər.

***

Tbilisidə parlament binasının qarşısında "Hamı bir nəfərə qarşı!" şüarı altında keçirilən aksiyaya qatılanların sayı artıb.

Median.Az
report-a istinadən xəbər verir ki, qanunverici orqanın qarşısındakı Rustaveli prospekti bağlanıb.

Aksiyaya "Ayıbdır" hərəkatının üzvləri, müxalif Vahid Milli Hərəkat və Avropalı Gürcüstan partiyalarının liderləri və tərəfdarları qatılıb.

***

Gürcüstanın paytaxtı Tbilisidə paralel olaraq iki aksiya keçirilir.

Median.Az
report-a istinadən xəbər verir ki, aksiyalardan biri parlament binasının qarşısında Tbilisidə iyunun 20-21-də baş verən hadisələrdən üç ay ötməsi ilə bağll təşkil olunub.

Digər aksiya Gürcüstan prezidentinin sarayı qarşısında keçirilir. Müxalif Vahid Milli Hərəkat Partiyasının təşkilatçılığı ilə baş tutan aksiyada dövlət başçısının qatilləri əfv etməsinə etiraz bildirilir.

Partiya liderlərindən biri Zaal Udumaşvili prezidentin addımlarının utancverici olduğunu bildirib. Onun sözlərinə görə, dövlət başçısı qatilləri əfv etməsinə heç aydınlıq belə gətirməyib.

Müxalifətçi qeyd edib ki, prezidentin bəyanatları xaricdə bir sıra qalmaqallar yaradıb və onun qatilləri əfv etməsi yeni qalmaqala səbəb olub.

Aksiya iştirakçılarının parlamentin qarşısındakı aksiyaya qoşulacağı gözlənilir.

Parlament ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 200 20.09.19 22:59