Ukraynalı futbolçu: Bu, azərbaycanlıların erməniləri sevməmə səbəblərindən biridir - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:22 Bakının bir rayonunda qaz kəsiləcək  |     18:09 Ermənistan XİN: “İrəvan Bakıdan sülh müqaviləsi üzrə növbəti təklifləri alıb”  |     17:59 Sürücülük təlimçisi olmaq üçün hansı tələblər var? - VİDEO  |     17:55 Erməni deputat: “Tavuş və Qazax arasındakı ərazidə sərhədin demarkasiyası texniki cəhətdən başa çatıb”  |     17:44 Bəzi tikinti materialları BAHALAŞACAQ  |     17:33 Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO  |     17:12 Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq  |     17:04 Bakıda qıza görə dava: yeniyetmə bıçaqlandı  |     16:58 Geyiminə görə mağazadan qovuldu - Bakıda qəribə hadisə (VİDEO)  |     16:38 Təcili tibbi yardım əməkdaşlarına xəsarət yetirən şəxsə hökm oxundu  |     16:13 Bəstəkarın qızı: “Kim icazə almadan atamın mahnılarını oxusa, məhkəməyə üz tutacağam”  |     16:00 Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?  |     15:43 Yasamalda tikili və obyektlərin fasadlarında alkopanların söküntüsünə başlanıldı (VİDEO)  |     15:42 Şirkət rəhbərinin ölkədən çıxışına "stop" qoyulur  |     15:29 İlham Əliyev Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyətinin dayandırılmasından DANIŞDI  |     15:26 Bakıda dördaylıq körpənin pəncərədən düşərək ölməsi ilə bağlı TƏFƏRRÜAT  |     15:12 Şoyqu “Crocus”da törədilən terror aktının təfərrüatını açıqlayıb  |     14:00 Bakıda körpə pəncərədən düşərək ölüb  |     13:56 Sabah bəzi yerlərdə 32 dərəcə isti olacaq - HAVA PROQNOZU  |     13:52 Xəzər dənizində dalğalar onlarla suiti cəsədini Qazaxıstan sahillərinə atıb  |    

Ukraynalı futbolçu: Bu, azərbaycanlıların erməniləri sevməmə səbəblərindən biridir - VİDEO

Neçə ildir Azərbaycanda yaşayıram. Ölkənin tarixini bilirəm. Amma məsələnin digər tərəfindən xəbərim yoxdur. Burada hansısa kənddə soyqırım olub.

Median.Az
xəbər verir ki, bu sözləri “Neftçi”nin ukraynalı mərkəz müdafiəçisi Kiril Petrov öz ölkəsindən olan jurnalist Roman Bebexin aparıcısı olduğu “Bombardir” proqramında deyib.

Telemüsahibə Bakının mərkəzində – İçərişəhər, Dənizkənarı Milli Park, həmçinin “Neftçi”nin bazasında aparılıb. Müsahibədə Petrova Azərbaycanla bağlı fərqli suallar ünvanlanıb. Bu zaman Petrov Xocalı soyqırımına da toxunub:

“Ermənilər ora girib, hamını – uşaqları, hamilə qadınları öldürüb. Dəhşətli hadisələr olub. Bakıda Xocalı prospekti var və həmin hadisələrə görə abidə ucaldılıb. Bu, azərbaycanlıların erməniləri sevməməsinin səbəblərindən biridir. Hər şeyi bilmədiyim üçün çox danışa bilmirəm. Bu, siyasi məsələ olduğundan, çox qarışmaq istəmirəm”.

Qeyd edək ki, 29 yaşlı Kiril Petrov 2017-ci ilin yanvarında “Neftçi”yə keçib.//oxu.az
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 043 17.09.19 21:08