Mojo.az Banner
23:04 Ronaldo buna görə matça çıxmaqdan imtina etdi  |     22:57 Türk Hava Yolları İrəvana uçuşlara başladı  |     22:57 Azərbaycan yığması 0:6 hesabı ilə uduzdu  |     22:50 Bakıda 2 avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir  |     22:45 Bakıda məktəbdə şagird kəllə-beyin travması aldı: Reanimasiyaya yerləşdirildi  |     22:44 ABŞ Çini gizli nüvə sınağı keçirməkdə ittiham edib  |     22:22 Biləsuvarın bəzi ərazilərində işıq olmayacaq  |     22:16 BMT-nin baş katibi ABŞ ilə İran arasında danışıqları alqışladı  |     21:50 Güllələnən müəllim sabiq vəzifəli şəxsin nəvəsi imiş  |     21:38 Bəzi şəxslər yeni mənzillərlə təmin olunacaqlar  |     21:18 Masallıda “Mercedes”lər toqquşdu - Ölən var  |     21:10 Bakıda təhsil ocağında daha bir hadisə - Şagird yıxılıb xəstəxanalıq oldu  |     21:01 Şahmat üzrə Azərbaycan çempionatının açılışı oldu  |     20:56 Pakistan XİN rəhbəri Azərbaycana təşəkkür edib  |     20:39 Qazaxıstanda 10-cu sinif şagirdi balta ilə sinif yoldaşlarına hücum edib  |     20:31 Sinif otağında silah – Problem haradan başlayır?  |     20:21 Sumqayıtda ailədaxili münaqişə qanla nəticələndi  |     20:19 Ermənistanda parlament seçkisinin tarixi açıqlandı  |     20:10 Yeni sədr kimdir? - Dosye  |     20:03 Norveç şahzadəsi Epşteynlə əlaqələrinə görə üzr istədi  |    
Left Banner
Right Banner

Bakıda hərəkətə mane olan daha bir avtobus dayanacağının yeri dəyişdirildi - FOTO

11.09.2019 19:46 2 208
Bakıda hərəkətə mane olan daha bir avtobus dayanacağının yeri dəyişdirildi - FOTO
Nəqliyyat axınına maneə yaradan daha bir avtobus dayanacaq məntəqəsinin yeri dəyişdirilib.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə bildirilib ki, aparılan təhlillər nəticəsində müəyyən edilib ki, Fətəli xan Xoyiski və Koroğlu Rəhimov küçələrinin kəsişməsindəki tunelin çıxışında yerləşən avtobus dayanacağı nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradırdı. Tunelin çıxışında əsas yolla birləşən hissədə kənar yolun sürətlənmə məsafəsinin az olması isə konfliktlərin yaranmasına səbəb olurdu.

Qeyd edilən problemlərin aradan qaldırılması məqsədi ilə avtobus dayanacaq məntəqəsi irəli köçürülərək cib tipli təşkil edilib. Nəticədə ərazidə nəqliyyat şəraiti yaxşılaşıb, sərnişinlərin marşrut avtobuslarından təhlükəsiz və rahat istifadəsi təmin edilib.

Yaxın vaxtlarda tunelin çıxışında əsas yolla birləşən hissədə - kənar yolda sürətlənmə zolağının məsafəsi də uzadılacaq. Bununla da nəqliyyat vasitələrinin daha rahat və konfliktsiz çıxışı təmin ediləcəkdir.

скачать dle 11.3