Mojo.az Banner
16:13 Abşeronda yaşayış binasında partlayışa dezodorant səbəb olubmuş - Təfərrüat - Video  |     16:05 Alim Qasımovla Pünhan Piriyev arasında 15 minlik qalmaqal  |     16:04 Toyda kütləvi dava düşdü: Bir nəfər ölüm ayağındadır  |     15:48 Qızılın qiyməti bu qədər ucuzlaşdı – Şad XƏBƏR  |     15:46 Rusiyada vəba siqnalı: Azərbaycana keçə bilərmi? — Nələri bilməliyik?  |     15:28 Azərbaycanlıların da olduğu gəmidə batan daha bir nəfərin meyiti tapıldı  |     13:50 Yeni dünya çempionumuz Əhməd Yusifov böyük zəfərindən danışdı  |     13:41 Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana qayıdıb  |     13:36 1 saatlıq bilet al, həm metroya min, həm avtobusa – Yeni təklif  |     13:18 Pensiya və təqaüdlərin ödəniləcəyi tarix açıqlandı  |     13:17 İlin sonunadək Ağdama nə qədər əhali köçürüləcək?  |     12:52 Bakıda məktəbin qarşısında dəhşət: 18 yaşlı gənc öldürüldü  |     12:27 Azərbaycanda bir kəndi su basıb  |     12:10 Ramiz Mehdiyevin ittihamı oxunacaq - Bu gün məhkəməsidir  |     12:06 “Vahid forma hamı üçün əsas şərt olmalıdır” – Hicab məsələsinə ilahiyyatçıdan MÖVQE  |     11:53 Bu şəxslər cinayət məsuliyyətinə cəlb olunacaqlar  |     11:16 Bu şəxslər 2000 manatadək cərimələnə bilərlər  |     11:14 Məktəblərdə "saat savaşı" — Dərs bölgüsü hansı prinsiplərlə aparılmalıdır?  |     23:01 Problemli kreditlərin həcmi artır - Səbəb nədir? (VİDEO)  |     22:55 Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakının “ən xəstə” rayonları bəlli oldu - SİYAHI

11.09.2019 14:15 1 784
Bakının “ən xəstə” rayonları bəlli oldu - SİYAHI
Bakıda ən çox xəstəlik paytaxtın Xətai rayonunun əhalisində müşahidə edilib.

Xətaidə 2017-ci ildə 68371 xəstəlik qeydə alınıb.

Binəqədi rayonu isə paytaxt əhalisinin daha çox xəstələnməsi kateqoriyasına görə ikinci yerdədir.

2017-ci ildə Binəqədi sakinləri arasında 67816 xəstəlik qeydə alınıb. Yasamalda 56588, Sabunçuda 49634, Nəsimidə isə 47080 xəstəlik müşahidə olunub.

Paytaxtın Pirallahı rayonunun əhalisi isə az xəstələnir. Bu rayonda 2017-ci ildə 4056 xəstəlik halı müşahidə edilib.

Bəzi infeksion və parazitar xəstəliklər kateqoriyasında isə Nəsimi rayonu öndədir. Belə ki, 2017-ci ildə Nəsimidə 12680 nəfər bəzi infeksion və parazitar xəstəliyə yoluxub.

Tənəffüs orqanlarının xəstəliklərinə görə isə Binəqədi yenə "liderdir". Eyni dövrdə Binəqədidə 31617 şəxs tənəffüs orqanı xəstəliyindən əziyyət çəkib.

Sabunçuda isə bu kateqoriya üzrə 18496 xəstəlik qeydə alınıb.

Bakıda ağciyər vərəminə yoluxma halı da daha çox Sabunçuda olub. 2017-ci ildə Sabunçuda 96 nəfərə ağciyər vərəmi diaqnozu qoyulub.

2017-ci ildə Xətaidə 74, Yasamalda 69, Xəzərdə 51, Qaradağda 50 nəfər vərəm yoluxub. 2017-ci ildə Pirallahıda cəmi 3 nəfərə vərəm diaqnozu qoyulub. Bununla da Pirallahı ən az vərəmlə xəstələnən rayonlar siyahısına düşüb.

Pirallahıda 2017-ci ildə sifilis, kəskin xroniki süzənək, viruslu hepatit və qoturluq qeydə alınmayıb.

Ən çox sifilis xəstəliyi isə Nəsimidə qeydə alınıb (60 nəfərdə). Sabunçuda isə bu rəqəm 52 olub.

Bakıda insanlar qoturluq isə ən çox Binəqədidə yayılıb. 2017-ci ildə Binəqədidə 11 nəfərdə qoturluq aşkarlanıb.

Xəzərdə dörd, Sabunçuda isə iki nəfərdə qoturluq qeydə alınıb. Bakının Qaradağ, Nizami, Suraxanı, Yasamal rayonlarında isə qoturluq müşahidə edilməyib.

///oxu.azскачать dle 11.3
Mojo.az Banner