Mojo.az Banner
SON DƏQİQƏ
17:58 Bakıdan Türkmənistana narkotik aparan dənizçi gəmidə ifşa edildi  |     17:50 Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarının fəaliyyətində problemlər müşahidə olunur - Foto  |     17:46 Tələbələrin təqaüdləri artırılacaq?  |     17:22 Məktəblərin yaxınlığında nalayiq ifadələr işlədən şəxslər həbs olundu  |     17:09 Bərdədə sanitar huşsuz vəziyyətdəki pasiyenti döyüb  |     16:34 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     16:28 Prezident Valeh Ələsgərovu təltif etdi  |     15:14 Ramiz Mehdiyevin hansı təltifləri alınacaq? - Siyahı  |     15:05 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb  |     14:42 Biləsuvarda dəhşətli qəza: İki ölü, üç yaralı var  |     14:31 Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb  |     14:14 Gənc oğlan binadan yıxılıb öldü  |     14:02 Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq  |     14:01 İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı  |     13:36 Azərbaycan nefti ucuzlaşdı: Son qiymət  |     13:33 Bakıda turistə təbii kürü adı ilə süni məhsul satılıb? - Video  |     12:57 Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı  |     22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanın bu rayonlarında insanlar çox yaşamır - SİYAHI

22.02.2018 13:55 2 278
Azərbaycanın bu rayonlarında insanlar çox yaşamır - SİYAHI
Azərbaycanda 100 və daha yuxarı yaşlı sakini olmayan rayon və şəhərlər var.

Median.Az
xəbər verir ki, Trend-in apardığı təhlillərə görə, 2017-ci il yanvarın 1-ə olan məlumata görə, Bakının Qaradağ, Gəncənin Nizami rayonunda, Ağstafa, Oğuz, Lerik, Beyləqan, Qobustan rayonları, Şirvan şəhərində yaşı 100 və daha çox olan sakin yoxdur.

2013-cü ildə Bakının Qaradağ rayonunda yaşı 100-dən çox olan 3 qadın olsa da, 2014-cü ildən sonra bu rayonda yaşı 100-dən çox olan uzunömürlü olmayıb.

Son 5 il əzində Gəncənin Nizami rayonunda yalnız 2015-ci ildə 3 qadın yaşı 100 və daha çox olan şəxs kimi qeydiyyata alınıb. Həmin ildən sonra bu rayonda həmin yaşda sakin yaşamayıb.

Ağstafa rayonunda 2013-cü ildə 5 nəfər yaşı 100-dən çox olan insan olsa da, 2017-ci ildə bu rayonda uzunömürlü olmayıb.

Oğuzda da yaşı 100 və daha yuxarı olan sakin sonuncu dəfə 2013-cü ildə qeydə alınıb.

2013-cü ildə 5 nəfər yaşı 100 və daha çox olan sakini olan Lerikdə ötən il bu yaşda sakin olmayıb.

Beyləqan rayonunda ötən il, Şirvan şəhərində isə son 5 il ərzində yaşı 100 və daha çox olan sakin olmayıb.

2013-cü ildə 7 nəfər 100 və daha yuxarı yaşlı sakini olan Qobustan rayonunda belə sakinlərin sayı getdikcə azalıb, 2017-ci ildə isə ümumiyyətlə qeydə alınmayıb.

Yeri gəlmişkən, Bakının Səbail rayonunda 2013-cü ildən sonra uzunömürlü qeydə alınmasa da, ötən il burada yaşı 100-dən çox olan 2 nəfər yaşayıb.

Ümumilikdə Bakıda yaşı 100 və daha çox olan 50 nəfər yaşayır. Paytaxtın ən yaşlı insanları daha çox (14 nəfər) Binəqədi rayonundadır.

Paytaxtda ən çox uzunömürlülərin (yaşı 90-dan çox) yaşadığı rayon Yasamal (311 nəfər), ən az isə Pirallahıdır (23 nəfər).

Azərbaycanda yaşı 90-dan çox olan ən az uzunömürlü yaşayan şəhər Naftalandır. Burada ümumilikdə 13 nəfər uzunömürlü yaşayır ki, onların 9-u qadın, 4-ü kişidir.

Uzunömürlülərinin daha az yaşadığı növbəti rayon Naxçıvan Muxtar Respublikasının Sədərək rayonudur. Burada 15 nəfər yaşı 90 və daha yuxarı yaşda olan insan yaşayır ki, onların 8-i qadın, 7-si kişidir.

Uzunömürlülərin daha az yaşadığı digər ərazilərə gəldikdə, Oğuz rayonunun 33, Xızı rayonunun 35, Şirvan şəhərinin 35, Mingəçevir şəhərinin 35, Qubadlı rayonunun 38, Zəngilan rayonunun 39 sakini 90 və daha yuxarı yaşdadır.скачать dle 11.3

Son xəbərlər