Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Bu il 3 nəfər qaraya, 289 nəfər brüselyoza yoluxub - RƏSMİ STATİSTİKA

30.08.2019 14:38 1 476
Bu il 3 nəfər qaraya, 289 nəfər brüselyoza yoluxub - RƏSMİ STATİSTİKA
Ötən il Azərbaycanda 594 nəfərdə salmonellyoz infeksiyaları aşkarlanıb.

Median.Az
APA-ya istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsindən bildirilib ki, həmin şəxslərdən 353 nəfərini kişilər, 241 nəfərini qadınlar təşkil edir.

Məlumata əsasən, 2018-ci ildə 7-si kişi, 2-si qadın olmaqla 9 nəfər qarayara xəstəliyi ilə qeydə alınıb. Bundan başqa 5 nəfər quduzluq xəstəliyinə tutulub ki, onlardan 4-ü kişi,1-i isə qadındır. Ötən il 532 brüselyoz xəstəsi qeydə alınıb. Onlardan 370 nəfəri kişi, 162 nəfəri isə qadındır. Məlumatda qeyd olunub ki, 2018-ci ildə Azərbaycanda malyariyaya yoluxan olmayıb.

Komitədən bu ilin 6 ayında infeksiyon xəstəliklərə yoluxanların statistikası barədə də məlumat verilib. Məlumata əsasən, yanvar-iyun aylarında 108-i kişi, 78-si qadın olmaqla 186 nəfərdə salmonellyoz infeksiyaları aşkarlanıb. Bu il qarayara xəstəliyi üzrə 2-si kişi, 1-i qadın olmaqla 3 nəfər, quduzluq üzrə 3 nəfər, brüselyoz üzrə 287-si kişi, 2-si qadın olmaqla 289 nəfər xəstə qeydə alınıb.

Ötən il salmonellyoz xəstəliyindən 2 nəfər, quduzluqdan 8 nəfər ölüb. Ötən il qarayara və malyariya xəstəliyindən ölüm halı baş verməyib.

Qeyd edək ki, bu il iyul ayının 25-də Sabirabadda iki nəfər qarayaraya yoluxub. Onlardan biri iyulun 29-da dünyasını dəyişib.

Səhiyyə Nazirliyinin məlumatına əsasən, bu xəstəlik 2014-cü ildə 10 nəfərdə, 2015-ci ildə 9 nəfərdə, 2016-cı ildə 10 nəfərdə, 2017-ci ildə 6 nəfərdə, 2018-ci ildə 9 nəfərdə, 2019-cu ildə 7 nəfərdə qeydə alınıb.скачать dle 11.3

Son xəbərlər