Mojo.az Banner
12:24 Daha bir ölkədə reper Navai ilə bağlı araşdırma başladı  |     12:21 Ramiz Mehdiyevin məhkəməsində şahidlər dindiriləcək - Tarix açıqlandı  |     12:17 Yasamalda atla təhlükə yaradan şəxs saxlanıldı - Video  |     12:16 Gənc müəllimlərdən məktəblərdə vahid geyim forması məsələsi ilə bağlı valideynlərə çağırış  |     12:13 Qazaxıstanda saxlanılan azərbaycanlı repçini hansı cəza gözləyir?  |     12:11 Dayısı arvadını qətlə yetirdikdən sonra meyit üzərində əxlaqsız hərəkətlər edibmiş - Əri qatildən şikayətçi olmadı  |     12:10 Reper Diddinin həbsxanada xəsarət almasının səbəbi məlum oldu  |     12:02 Bakıda nasaz yük maşını əsas prospektlərdən birini bağladı  |     11:58 Sumqayıtda uşaq bağçasındakı hadisə ilə bağlı polis hərəkətə keçdi - Video  |     11:40 Azərbaycan nefti 4 dollaradək ucuzlaşdı  |     11:36 İkinci qrup əlil 6 nəfəri aldadıb 23 min almışdı - Həbs edildi  |     11:28 Sumqayıtda faciə: kişi binadan yıxılıb öldü  |     11:22 Qızıl və gümüş bahalaşdı  |     11:18 Bakıda və Abşeronda hava iki gün tozlu olacaq  |     11:14 Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib  |     11:10 Bakıda kollecdə kütləvi dava: Tələbə komaya düşdü  |     23:00 Korrupsiya barədə məlumat verən şəxslər hansı hüquqlara sahib olacaq? - AÇIQLAMA  |     22:52 Arbeloa cərimələndi  |     22:45 Bu mənzillərin kirayə qiymətləri artacaq - EKSPERTDƏN PROQNOZ  |     22:39 İstanbulda məktəblər bağlandı, motosikletlərə qadağa qoyuldu  |    
Mojo.az Avto
Mojo.az Avto

Ötən il Azərbaycanda 203 autizm xəstəsi qeydə alınıb

02.08.2019 20:02 1 630
Ötən il Azərbaycanda 203 autizm xəstəsi qeydə alınıb
Ötən il Azərbaycanda autizm diaqnozu ilə 203 nəfər qeydə alınıb.

Dövlət Statistika Komitəsindən APA -nın sorğusuna cavab olaraq bildirilib ki, onlardan 166-sı kişi, 37-si qadındır. Məlumata əsasən, autizm xəstələrindən 200-ü 0-14 yaş qrupuna, 3-ü 15-17 yaş qrupuna aiddir. 0-14 yaş qrupunda olan xəstələrdən 163-ü kişi, 37-si qadın, 15-17 yaşlılardan isə 3-ü də qadındır.

Komitədən bildirilib ki, 2018-ci ildə atipik autizm diaqnozlu xəstələrin sayı 3-ü kişi, 2-si qadın olmaqla cəmi 5 nəfər olub. Onlardan 4-ü 0-14 yaş qrupuna, 1-i isə 15-17 yaş qrupuna aiddir.

Müalicə-profilaktika müəssisələrində dispanser müşahidəsində olan xəstələrin ümumi sayı isə 668 nəfərdir. Onlardan 529-u kişi, 139-u isə qadındır. Müşahidə altında olanlardan 586-sı 0-14 yaş qrupuna, 81-i 15-17 yaş qrupuna, 1-i isə 18-24 yaş qrupuna aiddir. 0-14 yaş aralığından olanlardan 457-si kişi, 129-u qadındır. 15-17 yaş aralığındakı xəstələrdən isə 72-si kişi, 9-u qadındır.

Məlumatda qeyd olunub ki, ötən il dispanser müşahidəsində olan atipik autizm xəstələrinin sayı isə 29 nəfər olub. Onlardan 19-u kişi, 10-u qadındır. Xəstələrdən 16-sı kişi, 9-u qadın olmaqla 25 nəfəri 0-14 yaş qrupuna, 2-si kişi, 1-i qadın olmaqla 3 nəfəri 15-17 yaş qrupuna, 1-i isə 18-24 yaş qrupuna aiddir.скачать dle 11.3
Mojo.az Banner