Mojo.az Banner
14:46 Həyat yoldaşını qətlə yetirən şəxs: "Mələklər arvadımın məni aldatdığını dedilər"  |     14:45 Azərbaycan klublarının gəlirləri açıqlandı  |     14:23 Əməkdar müəllim Nadir Hüseynov QƏZADA ÖLÜB (Yenilənib)  |     14:08 AMB 3 BOKT-un vəzifəli şəxslərini cərimələyib  |     14:00 Mütəşəkkil dəstə üzvləri saxlanıldı - Video  |     13:57 Azərbaycanda hava limanında ƏMƏLİYYAT: Gəmi kapitanı və daha iki nəfər həbs edildilər  |     13:43 Sidneydə terror aktı törədən şəxs 59 maddə üzrə ittiham olunur  |     13:33 Bakıda 31 yaşlı qadın dəm qazından boğuldu  |     13:32 Naxçıvandan gələnlər Biləsuvar gömrük postunda saatlarla soyuqda gözləyirlər - NƏ BAŞ VERİR? (Video)  |     13:27 Əsgər ölümünə görə şərti məhkum edilən polkovnik təqaüdə göndərildi  |     12:43 Ombudsman: Əfv və amnistiya institutları humanizm prinsiplərinin hüquqi ifadəsidir  |     12:13 Rəqsanə boşanıb: "Hər şey bitib"  |     12:12 Polis Bibiheybətdə əməliyyat keçirdi: Saxlanılan var (Video)  |     12:07 46 yaşlı müəllim məktəbdə vəfat etdi  |     12:06 Arktikada temperatur rekord həddə çatıb  |     12:04 Tovuzda bir ailə dəm qazından zəhərləndi  |     12:03 Keçmiş məhkum həbsdən çıxdı, oğurluq edib narkotik aldı  |     12:02 Bu gün Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramıdır  |     12:01 TƏBİB-ə işə düzəltmək adı ilə 12 min manatlıq dələduzluq edən şəxsə hökm oxunub  |     12:00 Masazırda nöqsanlar aşkarlanmış mebel sexinin fəaliyyəti dayandırıldı (Video)  |    
Left Banner
Right Banner

Astarada heyvanlar arasında dabaq xəstəliyi yayılıb, AQTA zəruri tədbirlər görüldüyünü bəyan edib

14.10.2025 20:44 522
Astarada heyvanlar arasında dabaq xəstəliyi yayılıb, AQTA zəruri tədbirlər görüldüyünü bəyan edib
Astara rayonunda mal-qara arasında dabaq xəstəliyi yayılıb.

"Report"un Cənub bürosunun məlumatına görə, xəstəlik əsasən rayonun Seləkəran, Giləkəran, Kələdəhnə, Böyük Şahağacı, Suparibağ, Şiyəkəran kəndlərində və Ərçivan qəsəbəsində müşahidə olunur.

Kənd sakinlərinin sözlərinə görə, son 10 gün ərzində xəstəlik sürətlə yayılır, yoluxmuş heyvanların qızdırması 42 dərəcəyə çatır.

Qida Təhlükəsizliyi Agentliyindən(AQTA) "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, qurum ölkədə və dünyada epizootik vəziyyəti diqqət mərkəzində saxlayır:

"Bioloji təhlükəsizliyin təmin olunması və insan sağlamlığının qorunması istiqamətində ardıcıl tədbirlər icra edilir. Ölkə ərazisinin yoluxucu xəstəliklərdən qorunması məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, diri və emal olunmuş heyvan mənşəli məhsulların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunur".

Qeyd olunub ki, xüsusi təhlükəli xəstəliklərə görə epizootoloji şəraitin öyrənilməsi məqsədilə iri və xırdabuynuzlu heyvanlar arasında seroloji monitorinqlər keçirilir:

"Fərdi və fermer təsərrüfatlarında saxlanılan iri və xırdabuynuzlu heyvanlardan diaqnostik nümunələr götürülərək laborator sınaqları həyata keçirilir. Epizootoloji vəziyyət və götürülmüş nümunələr barədə toplanmış məlumatlar peyvəndləmə və digər profilaktik tədbirlərin görülməsi üçün yerli heyvan sağlamlığı və baytarlıq xidmətləri idarələrinə göndərilir".скачать dle 11.3