Bakı metrosunda enerji verilişində PROBLEM YARANDI - Qatarlar YUBANIR » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:23 Lənkəranda adı "Qırmızı kitab"da olan balıqları qanunsuz ovlayan şəxs saxlanılıb  |     17:07 Şərurlu İsfəndiyarın həbs edilməsi üçün vəsatət qaldırıldı - VİDEO  |     16:53 Bakıda qadın sahibkar həbs edildi - Zəvvarları aldadıb  |     16:52 Magistratura imtahanının nəticələri açıqlandı  |     16:46 Küçədə döyülərək öldürülən məktəblinin - FOTOSU  |     16:33 Azərbaycanda oğurluğa görə cəza sərtləşdirilir  |     16:09 Qəfil vəfat edən hakim bir həftə əvvəl çek-ap olunubmuş  |     16:08 Şəxsi məlumatların ələ keçirilməsi üzrə şikayətlərə 24 saat ərzində baxılacaq  |     16:03 Leyla Əliyeva İtaliya səfərindən görüntülər paylaşdı - VİDEO  |     15:50 Beyləqanda 17 tüfəng polisə təhvil verilib  |     15:37 Azərbaycan Stolüstü Tennis Federasiyasının hakimi vəfat edib  |     14:02 Yaşar Güler ​​Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib  |     13:56 Bakıda mozaikaların bərpası davam edir  |     13:33 Bağçada uşaqlara xarab olmuş yeməklər verilir? - GÖRÜNTÜLƏR YAYILDI (VİDEO)  |     13:30 Türkiyədə yoluxucu xəstəlik yayıldı: Karantin rejimi tətbiq edildi  |     13:29 "Apple" yeni "iPhone" modellərinin qiymətini artıracaq  |     13:13 Sertifikatsız müəllimlər repetitorluq edirlər: Rəsmi nəzarət olmalıdır? - VİDEO  |     13:12 Uşaqlar arasında allergiya yayılır: Səbəb qidalar ola bilər - VİDEO  |     13:05 Türkiyədən Azərbaycana geyim ixracı azalır: Onlayn alış-veriş artıq sərfəli deyil? - VİDEO  |     13:01 Bakıda çoxmərtəbəli binanın üzlük daşları qoparaq təhlükəli vəziyyət yaradır - VİDEO  |    

Bakı metrosunda enerji verilişində PROBLEM YARANDI - Qatarlar YUBANIR

"Həzi Aslanov" və "Xalqlar dostluğu" stansiyaları istiqamətindəki şəhər şəbəkəsindən Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən "Bakı Metropoliteni" QSC-yə gələn yüksəkgərginlikli elektrik xətləri ilə enerjinin verilişində məhdudiyyətlər yaranıb.

Bu barədə "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, bu səbəbdən dərhal həmin istiqamətdən Bakı metropoliteninin elektrik təchizatını təmin edən dizel-generatorları qoşulmaqla qatarların hərəkəti təmin edilir:

"Qatarların hərəkətində qismən gecikmələr müşahidə olunur. Bakı metropoliteninin stansiyaları fəaliyyətini normal iş rejimində davam etdirir.

Sərnişinlərdən yaranmış vəziyyəti anlayışla qarşılamağı, istifadə qaydalarına və təhlükəsizlik tələblərinə əməl etməyi xahiş edirik".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            321 03.05.25 15:43