Mojo.az Banner
19:55 Bura hansısa xarici ölkə deyil, Bayıldır... - Video  |     19:50 Reabilitasiya mərkəzindəki ölümə görə - 10 il 6 ay həbs aldı  |     19:42 “Elektron siqaretlər xüsusilə gənclər üçün fəsad yaradır”  |     19:37 Rusiyada “YouTube” tam bloklanacaq  |     19:29 Bakıda 25 min manatlıq lotereya dələduzluğu  |     19:24 Bayram yaxınlaşır, bu məhsulların qiymətləri günbəgün artır  |     19:18 11 ayda büdcədən 293 milyon manata yaxın vəsait geri qaytarılıb  |     19:10 İşləyən anaların övladlarının təhsili ilə bağlı nazirdən açıqlama  |     19:04 Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib  |     18:59 İlin ən yaxşı qapıçısı seçildi  |     18:52 Türkiyədə təhlükəli virus yayılır - Artıq 7 nəfər yoluxub  |     18:47 Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa etdi  |     18:40 "Prava"sı olmadan maşın sürən 66 nəfər qəzalarda həlak oldu  |     18:34 Ölkəmizdə mobil internetin sürəti nə qədərdir?  |     18:29 “WhatsApp”da yenilik  |     18:21 Azərbaycan kosmonavtların xilas edilməsi ilə bağlı sazişə qoşulur  |     18:15 Moskvada məktəbə hücum edən şəxs saxlanıldı  |     18:09 Azərbaycana gətirilən elektromobillərin sayı açıqlandı  |     18:01 Meksikadakı təyyarə qəzasında 7 nəfər ölüb  |     17:53 Salyanda ərzaq bazarında ciddi nöqsanlar aşkarlandı - Video  |    
Left Banner
Right Banner

Paşinyanın partiyasında narazılıq dalğası - Baş nazirin susması vəziyyəti gərginləşdirir

03.05.2025 14:31 756
Paşinyanın partiyasında narazılıq dalğası - Baş nazirin susması vəziyyəti gərginləşdirir
İrəvanın Nor-Nork inzibati rayonunun başçısı Tiqran Ter-Markaryanla bağlı qalmaqal fonunda hakim Vətəndaş Sazişi Partiyasında narazılıq dalğası yaranır.

Bu barədə "Hraparak" qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Ermənistanın baş naziri Nikol Paşinyanın insidentlə bağlı susmasına baxmayaraq, Vətəndaş Sazişi Partiyasında radikal addımlara hazırdırlar.

Xüsusilə, Ter-Markaryan ("Respublika" partiyasının üzvü) istefa verməsə, Ağsaqqallar Şurasında "Respublika" partiyası ilə koalisiya sazişinin pozulması istisna edilmir.

Qeyd olunur ki, parlamentin vitse-spikeri Hakob Arşakyan partiyanın mövqeyini şəxsən N.Paşinyana çatdırsa da, dəqiq cavab almayıb.

Nəşrin məlumatına görə, indiki mərhələdə Vətəndaş Sazişi Partiyası vəziyyətin həllini İrəvanın meri Tiqran Avinyana həvalə edib. Əks halda məsələyə partiya rəhbərliyinin iclasında baxılacaq.

Xatırladaq ki, aprelin 30-da T.Ter-Markaryan və administrasiyanın bir neçə əməkdaşı münasibətlərə aydınlıq gətirmək üçün meriyaya gələn fəal Artur Çaxoyana qarşı zor tətbiq ediblər.

Nəticədə A.Çaxoyan hematoma və kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.скачать dle 11.3