Mojo.az Banner
12:59 Ağsuda meşədə yanğın törədən şəxs saxlanıldı  |     12:51 Hakerlər Pentaqonun üç milyon əməkdaşının məlumatlarını ƏLƏ KEÇİRİB  |     12:28 Növbəti dövrdə manatın məzənnəsi necə olacaq?  |     12:23 Bərdədə restoranda dava: Administrator müğənninin sevgilisini döydü  |     12:09 Yeyib-içəndən sonra dostlarını döyüb öldürdülər  |     12:06 Əmlak bazarında qiymətlər yenidən artacaq - PROQNOZ - VİDEO  |     12:02 Olimpiya çempionunun 1,1 milyon manatlıq helikopterini OĞURLADILAR  |     11:57 Azərbaycanda məşqçidən tələbə qızlara qarşı ŞANTAJ VƏ TƏCAVÜZ - İlginc TƏFƏRRÜAT  |     11:47 Kredit götürənlərin sayı artır: Qiymətlər də bahalaşacaq?  |     11:38 Azərbaycan nefti ucuzlaşdı  |     11:32 Bakıda DƏHŞƏT: Sevgilisinin oğlunu xüsusi amansızlıqla öldürmək istədi  |     11:31 Azərbaycanda cari ildə meyitdən neçə ürək transplantasiyası həyata keçirilib?  |     11:17 Aşpaz işləyən qazi faciəli şəkildə öldü  |     23:01 Bəzi ərazilərdə su olmayacaq  |     22:56 Şuşada minaya düşən şəxsin son vəziyyəti  |     22:48 Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər - SİYAHI  |     22:42 Türkiyədə yüzlərlə sayta GİRİŞ BLOKLANDI - SƏBƏB  |     22:34 Heyvan dişləyibsə, vaxt itirməyin: Həkimdən quduzluqla bağlı VACİB ÇAĞIRIŞ  |     22:29 Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı  |     22:24 Dörd xarici dil, iki ali təhsil, Harvard təcrübəsi: Yeni icra başçısının DOSYESİ  |    
Mojo.az Avto
Mojo.az Avto

Reabilitasiya mərkəzindəki ölümə görə - 10 il 6 ay həbs aldı

16.12.2025 19:50 414
Reabilitasiya mərkəzindəki ölümə görə - 10 il 6 ay həbs aldı
Ötən ilin dekabrında Abşeron rayonu Fatmayı kəndində yerləşən “Həyat üçün şans” reabilitasiya mərkəzində baş vermiş ölüm hadisəsi ilə bağlı məhkəmə prosesi başa çatıb.

Vətəndaş Pərviz Həsənovun Göygöldən oğurlanaraq mərkəzə gətirilməsi və bir gün sonra ölməsi hadisəsi üzrə açılmış iş üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində 5 nəfərə hökm oxunub.

Mərkəzin rəhbəri Elgiz Alxanov Cinayət Məcəlləsinin 144.3, 309.2 və 32.3, 310-cu (adam oğurluğu, vəzifə səlahiyyətlərini aşma və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddəsi ilə təqsirli bilinib. Ona 10 il 6 ay həbs cəzası verilib.

Mərkəzin əməkdaşları olan Mustafa, Bəhruz və Əbülfətə, eləcə də sürücü kimi hadisədə iştirak etmiş Niyaməddin adlı şəxsə isə şərti cəza təyin edilib.

Bildirilib ki, hadisədən əvvəl P. Həsənovun yaxını televiziyaların birində elanını gördüyü mərkəzlə əlaqə saxlayıb. O, Pərvizin müalicəsinə yardım göstərilməsini xahiş edib və müəyyən məbləğ qarşılığında razılıq əldə edilib. Bundan sonra mərkəzin işçiləri Göygölə gedərək Pərvizi zorla Fatmayı kəndinə gətirərək buradakı evə yerləşdiriblər. Lakin o, məcburi müalicəyə etiraz edib. Bu zaman onu döyərək zərbələr endiriblər. Orada köməksiz halda qalan P.Həsənov bir gün sonra vəfat edib.

Qeyd edək ki, cinayət işi üzrə ibtidai istintaq Abşeron Rayon Prokurorluğunda aparılıb.
//qafqazinfoскачать dle 11.3
Mojo.az Banner