Mojo.az Banner
23:01 Bəzi ərazilərdə su olmayacaq  |     22:56 Şuşada minaya düşən şəxsin son vəziyyəti  |     22:48 Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər - SİYAHI  |     22:42 Türkiyədə yüzlərlə sayta GİRİŞ BLOKLANDI - SƏBƏB  |     22:34 Heyvan dişləyibsə, vaxt itirməyin: Həkimdən quduzluqla bağlı VACİB ÇAĞIRIŞ  |     22:29 Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı  |     22:24 Dörd xarici dil, iki ali təhsil, Harvard təcrübəsi: Yeni icra başçısının DOSYESİ  |     22:18 "TikTok"da canlı yayım ona baha başa gəldi: Zakir Musayev saxlanıldı  |     22:10 Prezidentin yüksək vəzifə verdiyi Məmmədiyə Məmmədovun DOSYESİ  |     22:05 Bakıda gecə saat 4-də diskoteka: Sakinlər NARAZIDIRLAR - VİDEO  |     21:57 Gədəbəy rayonuna yeni icra başçısı təyin olundu  |     21:52 Qaradağ rayonuna yeni icra başçısı təyin edildi  |     21:45 75 min manatlıq dələduzluğa görə 4 500 manat cərimə  |     21:39 Aropada Qərbi Nil virusu yayılır: 1569 yoluxma qeydə alındı  |     21:33 "Planet Kids"də işə düzəltmək adı ilə pul aldı - Məhkəmə qərar verdi  |     21:25 Azərbaycan millisi 0:16 hesabı ilə uduzdu  |     21:20 112 min manatlıq qanunsuz qumar əməliyyatı (TƏFƏRRÜAT)  |     21:12 Türkiyədə qəzada ölən Azərbaycan vətəndaşının cənazəsi morqda qalıb  |     21:07 2 manatlıq cinayət işinə məhkəmədə baxıldı - Qərar verildi  |     21:00 Gündə cəmi 10 dəqiqə: Alimlər beyni qoruyan sadə vərdişi açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

“Elektron siqaretlər xüsusilə gənclər üçün fəsad yaradır”

16.12.2025 19:42 405
“Elektron siqaretlər xüsusilə gənclər üçün fəsad yaradır”
“46 ölkə bu və ya digər formada elektron siqaretləri qadağan edib. Tam qadağan edən ölkələr də var. Ümumi olaraq, bunu qanunla etməliyik ki, gələcəkdə qarışıqlıq yaratmasın”.

Bu sözləri deputat Vüqar İsgəndərov Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan “Tütün və tütün məmulatı haqqında” Qanuna təklif olunan dəyişikliyin müzakirəsi zamanı bildirib.

“Şəxsən mənim tanıdığım insan var ki, buna görə uzun müddətdir müalicə alır. Elektron siqaretlər xüsusilə gənclər üçün fəsad yaradır. Çünki bir dəfə alır və davamlı istifadə edir. Təəssüf ki, ən az qadağan olunan qitə Avropadır. Ən çox qadağan olunan qitə isə Latın Amerikasıdır. Bizdə də qanunun işləməsi üçün çalışmaq lazımdır ki, gələcəkdə sözlərlə manipulyasiya olunmasın. Elektron siqaretlərin alqı-satqısı, istifadəsi tamamilə qadağan olunarsa, gələcək nəsillərin qorunmasına dəstək vermiş olardıq”, - deputat əlavə edib.скачать dle 11.3
Mojo.az Banner