Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Deputatdan etiraf: Bunu ən çox imkanlı şəxslər edir, qanun tam gücü ilə işləmir

07.09.2019 14:09 3 404
Deputatdan etiraf: Bunu ən çox imkanlı şəxslər edir, qanun tam gücü ilə işləmir
Son vaxtlar Ümumdünya Səhiyyə Təşkilatı elektron siqaretlə bağlı həyacan təbili çalmaqdadır. Çünki insan sağlamlığı üçün ziyanlı olan elektron siqaretdən istifadə edənlərin sayı gündən-günə artır.

Artıq məsələnin ciddiliyini nəzərə alan bir çox ölkələr bununla bağlı müəyyən tədbirlər görməyə başlayıb. İlk olaraq ABŞ-ın Miçiqan ştatında elektron siqaretlərə qadağa qoyulub. Həmçinin, elektron siqaretlərin pərakəndə və onlayn satışına da altı ay müddətinə icazə verilməməsi ilə bağlı qərar qəbul edilib.

Azərbaycanda da elektron siqaretlərin qadağan edilməsi gündəmə gələ bilərmi?


Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, deputat Musa Quliyev Oxu.Az-a açıqlamasında bildirib ki, Azərbaycanda elektron siqaretdən istifadə edənlər imkanlı, yuxarı təbəqənin adamları, özünü cəmiyyətdə göstərmək istəyənlərdir.

"Təəssüf ki, ölkəmizdə bu, dəb halını alıb. Amma yaxşı nümunə deyil. Azərbaycanda tütünün istifadəsini məhdudlaşdırmaq haqqında qəbul olunan qanunda elektron siqaretlər də adi siqaretlər və digər tütün məmulatları ilə bərabər tutulur.

Onların qapalı məkanlarda çəkilməsi qadağan edilib. Amma hələlik elektron siqaretin tam ləğvi gözlənilmir. Müəyyən maarifləndirmə işi aparıldıqdan sonra bu barədə danışmaq olar.

Etiraf etmək lazımdır ki, qəbul edilən qanun da tam gücü ilə işləmir. Kifayət qədər nəzarət yoxdur. Qanunun tam işləməsi üçün vaxt lazımdır".

Deputat deyib ki, hazırda elektron siqaret və sulu qəlyan Azərbaycanda çox geniş yayılıb.

"Elektron siqaretin tərkibində nikotinin olmadığını deyənlər yanılır. Alışqanlıq yaratması məhz tərkibində nikotinin olması ilə bağlıdır. Onun da yanma məhsulu digər tütün məmulatları kimi kanserogen maddələr, bu isə öz növbəsində insanlarda xərçəng, tənəffüs yolları xəstəlikləri yaradır".скачать dle 11.3

Son xəbərlər