AFAD: İstanbul zəlzələsində 35 kilometrlik qırılma xətti parçalandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:37 Azərbaycan Stolüstü Tennis Federasiyasının hakimi vəfat edib  |     14:02 Yaşar Güler ​​Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib  |     13:56 Bakıda mozaikaların bərpası davam edir  |     13:33 Bağçada uşaqlara xarab olmuş yeməklər verilir? - GÖRÜNTÜLƏR YAYILDI (VİDEO)  |     13:30 Türkiyədə yoluxucu xəstəlik yayıldı: Karantin rejimi tətbiq edildi  |     13:29 "Apple" yeni "iPhone" modellərinin qiymətini artıracaq  |     13:13 Sertifikatsız müəllimlər repetitorluq edirlər: Rəsmi nəzarət olmalıdır? - VİDEO  |     13:12 Uşaqlar arasında allergiya yayılır: Səbəb qidalar ola bilər - VİDEO  |     13:05 Türkiyədən Azərbaycana geyim ixracı azalır: Onlayn alış-veriş artıq sərfəli deyil? - VİDEO  |     13:01 Bakıda çoxmərtəbəli binanın üzlük daşları qoparaq təhlükəli vəziyyət yaradır - VİDEO  |     12:55 Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə davam etdirilir  |     12:33 Ağdamda bədbəxt hadisə: Fəhlənin sinəsinə armatur batdı  |     12:06 Doktorantura üzrə elektron sənəd qəbuluna başlanılıb  |     11:54 Tərtərdə qadın qətlə yetirilib, qayınatası şübhəli bilinir  |     11:34 15 yaşına çatmamış yeniyetməni işə cəlb edən şəxslər 4 min manat cərimə ediliblər  |     11:27 Paytaxtda 26 yaşlı gəncin qətlə yetirilməsinin DƏHŞƏTLİ GÖRÜNTÜLƏRİ (VİDEO)  |     11:18 Azərbaycanda ötən il ictimai mənəviyyat əleyhinə olan cinayətlərin sayı açıqlanıb  |     23:01 Bill Qeyts Tramp və Maskı tənqid etdi  |     22:57 Sumqayıtda iki qohum tanımadıqları şəxs tərəfindən bıçaqlanıb - YENİLƏNİB  |     22:36 Cəlilabad rayon sakini atdan yıxılaraq ölüb  |    

AFAD: İstanbul zəlzələsində 35 kilometrlik qırılma xətti parçalandı

Mərmərə dənizində dünən baş verən zəlzələlər nəticəsində təxminən 35 kilometr uzunluğunda və 9.5 kilometr enində olan bir qırılma seqmenti parçalanıb.

Median.Az
-ın məlumatına görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) Mərmərə Dənizində baş verən 6.2 bal gücündəki zəlzələyə dair ilkin hesabatında xəbər verib.

AFAD-ın məlumatına görə, əsas təkandan sonra 4 və daha böyük gücdə olan 7 təkan da daxil olmaqla, ümumilikdə 184 təkrar silkələnmə qeydə alınıb. Bu təkanların əsasən Mərmərə Orta Çuxurunun şimal kənarında və əsas qırılma xəttinə yaxın bölgələrdə baş verdiyi vurğulanıb.

AFAD Zəlzələ Elm Şurası tərəfindən aparılan ilkin qiymətləndirməyə görə, qırılma xəttində təxminən 30 santimetrlik yerdəyişmə baş verib.

Xatırladaq ki, aprelin 23-də İstanbulun Silivri sahillərində yerli vaxtla saat 12:49-da 6.2 bal gücündə zəlzələ baş verib və həm İstanbulda, həm də ətraf vilayətlərdə vətəndaşlar arasında təşvişə səbəb olub. Yeraltı təkanın Şimali Anadolu Qırılma Xəttinin Orta Mərmərə seqmentində, yerin təxminən 7 kilometr dərinliyində qeydə alınıb. Zəlzələnin təxminən 13 saniyə davam etdiyi və 300 kilometrlik bir ərazidə hiss edildiyi vurğulanıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            225 24.04.25 11:48