Mojo.az Banner
22:22 Biləsuvarın bəzi ərazilərində işıq olmayacaq  |     22:16 BMT-nin baş katibi ABŞ ilə İran arasında danışıqları alqışladı  |     21:50 Güllələnən müəllim sabiq vəzifəli şəxsin nəvəsi imiş  |     21:38 Bəzi şəxslər yeni mənzillərlə təmin olunacaqlar  |     21:18 Masallıda “Mercedes”lər toqquşdu - Ölən var  |     21:10 Bakıda təhsil ocağında daha bir hadisə - Şagird yıxılıb xəstəxanalıq oldu  |     21:01 Şahmat üzrə Azərbaycan çempionatının açılışı oldu  |     20:56 Pakistan XİN rəhbəri Azərbaycana təşəkkür edib  |     20:39 Qazaxıstanda 10-cu sinif şagirdi balta ilə sinif yoldaşlarına hücum edib  |     20:31 Sinif otağında silah – Problem haradan başlayır?  |     20:21 Sumqayıtda ailədaxili münaqişə qanla nəticələndi  |     20:19 Ermənistanda parlament seçkisinin tarixi açıqlandı  |     20:10 Yeni sədr kimdir? - Dosye  |     20:03 Norveç şahzadəsi Epşteynlə əlaqələrinə görə üzr istədi  |     19:54 Saleh Məmmədov vəzifəsindən çıxarıldı -SƏRƏNCAM  |     19:47 İlham Əliyev onu sədr təyin etdi - SƏRƏNCAM  |     19:40 Liseydə müəllimin güllənməsi: ata həbs edilə bilər  |     19:28 Ombudsman uşaqların iştirakı ilə baş vermiş neqativ hallarla bağlı açıqlama yaydı  |     19:18 Bu dərmanlar sizi kor və kar edə bilər - XƏBƏRDARLIQ  |     19:09 İcra başçısının ailəsinə itki  |    
Left Banner
Right Banner

Ailəsinin beş üzvünü öldürməkdə təqsirləndirilən Əhməd Əhmədov xəstəxanaya köçürülməyib

22.02.2024 15:25 2 034
Ailəsinin beş üzvünü öldürməkdə təqsirləndirilən Əhməd Əhmədov xəstəxanaya köçürülməyib
Bakıda ailəsinin beş üzvünü amansızlıqla qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməsi ilə bağlı məlumat yayılıb.

APA-nın əldə etdiyi xəbərə görə, Əhməd Əhmədov hazırda Bakı İstintaq Təcridxanasındadır və orada saxlanılır.

Əhməd Əhmədov barəsində ekspertiza keçirilməsi ilə bağlı təqdimat bu gün məhkəməyə daxil olub. Təqdimata yaxın müddətdə Xətai Rayon Məhkəməsində baxılacaq.

Məhkəmənin qərarına əsasən, barəsində tibbi-psixi ekspertizanın keçirilməsi ilə bağlı Əhməd Əhmədov Respublika Psixiatriya Xəstəxanasına göndəriləcək və orada bir müddət müşahidə altında saxlanılacaq.

Qeyd edək ki, ötən gün Qafqazinfo.az saytı Əhməd Əhmədovun Respublika Psixiatriya Xəstəxanasına köçürüldüyü ilə bağlı məlumat yayıb.скачать dle 11.3