Səhiyyə Nazirliyi: “10 yaşa qədər uşaqlar tez bir zamanda qızılca peyvəndinin 2-ci dozasını almalıdırlar” » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:08 Pakistan Hindistanın PUA hücumu ilə bağlı açıqlama verib  |     17:52 Bərdədə 15 yaşlı oğlan Tərtər çayında boğulub  |     17:43 "Şəki" restoranı sökülür - VİDEO  |     17:28 Kəşmirdə Hindistanın açdığı atəş nəticəsində ölənlər və yaralananlar var  |     16:48 Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  |     16:25 DİN əməkdaşları Heydər Əliyevin xatirəsini yad etdilər  |     14:44 Bakı-Astara magistralında QORXUNC AVTOQƏZA: Ölən və yaralananlar var (VİDEO)  |     14:03 Abşeronda sex yanır  |     13:40 Ramiz Mehdiyevin qızı Ali Məhkəməyə üz tutdu  |     13:10 Azərbaycanda orta məktəbdə bıçaqlanma - 11-ci sinif şagirdi HƏBS EDİLDİ  |     13:09 "Baytarlıq haqqında" Qanuna dəyişiklik edildi  |     13:07 AZAL-ın Bakı-Moskva reysləri bərpa olunub  |     13:05 Leyla və Arzu Əliyevalar həssas əhali qrupundan olan şəxslərə baş çəkiblər - FOTO  |     12:57 Faşizm üzərində qələbədən 80 il ötür  |     12:55 Alyona Əliyeva 9 May münasibətilə paylaşım edib - FOTO  |     12:35 Olimpiya mükafatçısı Fransada faciəli şəkildə həlak oldu  |     12:31 Alkoqol hansı dozada içildikdə sağlamlıq üçün təhlükə yaratmır? - Rusiyalı həkim miqdarı açıqladı  |     12:30 Sakinlər qorxu içində: Binanın üzlük daşları hər an faciəyə səbəb ola bilər - VİDEO  |     12:23 "Avroviziya" təmsilçilərimizin səhnə şousundan GÖRÜNTÜLƏR - VİDEO  |     12:20 Sovet kosmik obyekti Yerə çırpılacaq: Azərbaycan üçün təhlükə varmı? - VİDEO  |    

Səhiyyə Nazirliyi: “10 yaşa qədər uşaqlar tez bir zamanda qızılca peyvəndinin 2-ci dozasını almalıdırlar”

2023-cü ilin əvvəllərindən Avropa regionunda, həmçinin qonşu ölkələr olan Türkiyə, Rusiya Federasiyası, İran, Qazaxstan və Gürcüstanda qızılca xəstəliyinin alovlanmaları müşahidə olunur.

Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bununla yanaşı, son aylarda digər ölkələrdən gətirilmə hadisələrlə əlaqəli yoluxma halları Azərbaycanın müxtəlif regionlarında infeksiyanın yerli yayılmasına səbəb olub. Ölkə ərazisində qeydə alınmış qızılca hadisələri arasında bəzən risk qrupuna aid uşaqlarda ağırlaşmalar, yanaşı bakterial infeksiyaların inkişafı, gecikmiş müraciətlər və ya yanlış diaqnostika hallarına rast gəlinir.

Valideynlər uşaqların sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədil ilə ölkədə qüvvədə olan “Profilaktik peyvəndlər təqvimi”nə əsasən 1 və 6 yaşlarında olan bütün uşaqlar iki dəfə qızılca, epidemik parotit və məxmərək infeksiyalarına qarşı vaksinasiya olunmalıdırlar.

Peyvəndin 1-ci dozasını vaxtında almayan uşaqlar tez bir zamanda vaksinasiya olunmalı, 6 yaşına çatdıqda isə peyvəndin 2-ci dozasını almalıdırlar.

Hər hansı səbəbdən peyvəndin 2-ci dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar tez bir zamanda peyvəndin 2-ci dozasını almalıdırlar.

Peyvəndin hər iki dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar minimum 4 həftə intervalla peyvəndin 1-ci və 2-ci dozasını almalıdırlar.

Uşaqların vaksinasiyası üçün yaşayış yeri üzrə uşaq əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət edilməsi tövsiyə olunur.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 157 05.12.23 12:40