Mojo.az Banner
23:02 Sabah bu ərazilərdə işıq olmayacaq  |     22:57 Taksilərlə bağlı yeni qayda - Qiymətlər artacaq?  |     22:50 Pezeşkian: "Dövlət öz səhvlərini qəbul etməlidir"  |     22:49 "Qarabağ" - "Ayntraxt" oyununda ilk hissə yekunlaşdı  |     22:41 Qrenlandiyada nazir sakinlərə narahatedici çağırışla müraciət etdi  |     22:35 Şəkidə yol qəzaları oldu - Xəsarət alanlar var  |     22:29 Hava şəraiti ilə əlaqədar məktəblərdə dərslərə fasilə verilib? - RƏSMİ  |     22:06 Bakıda 40 yaşlı qadın qətlə yetirildi  |     21:59 "Qarabağ" "Ayntraxt Frankfurt"a qarşı: Oyunda hesab açıldı - Video  |     21:52 Avropada böyük narkotik şəbəkəsi çökdürüldü  |     21:44 “Qarabağ” və “Ayntraxt”ın start heyətləri açıqlandı  |     21:40 Azərbaycanda bir gün ərzində qarlı hava 400 min manatlıq sığorta zərərinə səbəb olub  |     21:36 Bakıda iki küçənin kəsişməsindəki problem həll edildi? - Video  |     21:34 Ötən il Azərbaycanda doğulan əkizlərin sayı açıqlandı  |     21:28 Yeni icra başçısı müavinini işdən çıxardı  |     21:16 Uyğunsuz videosu yayılan müəllim işdən çıxarıldı  |     21:10 Haldun Dormen vəfat etdi  |     21:02 Zəbt edilən örüş torpaqları, YOX OLAN "KUPÇA": KÜRDƏMİR AQRO ARAŞDIRMA  |     20:53 Sabah 10:00-da qaz kəsiləcək - bu ərazilərdə  |     20:43 Ekspres qatarları Bakıxanov və Sabunçuda da dayanacaqlar  |    
Left Banner
Right Banner

Authentication required

17.05.2021 13:35 1 989
Authentication required
Ümumilikdə son 5 ildə 236 küçə və prospektə dəyişikliklər təklif edilib. Bunlar piyadaların təhlükəsizliyi üçün irəli sürüb.

Bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

O bildirib ki, qurumun əsas strateji məqsədi alternativ nəqliyyat vasitələrinin və piyadaların təhlükəsizliyini təmin etməkdir:

“Küçə və prospektlərdə piyada səkilərinin genişləndirilməsi prosesi davam etdirilir. Şəhər mobilliyinin inkişafı, piyada zolaqlarının genişləndirilməsi və alternativ nəqliyyat növlərinin inkişafı ilə piyadalar üçün daha rahat, təhlükəsiz səyahət imkanlarının yaradılması Bakı Nəqliyyat Agentliyinin əsas strateji məqsədlərindəndir.

Mobilliyin inkişafı və onun strateji əsaslarının müəyyənləşdirilməsinin vacibliyi müasir cəmiyyətdə baş verən iqtisadi və sosial transformasiyalarla bağlı zərurətdən irəli gəlir. Bu istiqamətdə 2030-cu ilə qədər Bakı şəhərinin mobilliyinin inkişaf strategiyasının layihəsi hazırlanıb, məqsədləri, prinsipləri və strateji hədəfləri müəyyən edilib”.скачать dle 11.3